Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

20:19 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi
İlham Əliyev Ermənistan hakimiyyətini növbəti dəfə ifşa etdi
ANA SƏHİFƏ / SİYASƏT
01:08 04.08.2018

 

İşğalçı ölkəni daha böyük sarsıdıcı zərbələr gözləyir

 

İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən Azərbaycan bu gün mövcud olduğu regionda proseslərin inkişaf axarını müəyyən edən əsas dövlət kimi qəbul olunur. Belə vəziyyət öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin böyük uğurunun daha bir göstəricisidir. Əldə etdiyi nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan bu gün işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi vəziyyətini ağırlaşdırır.
Ermənistan işğal siyasətinə son qoymayana qədər ağır vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək. Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin, avtomobillərin verilməsi mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd olunan məqamlara geniş şəkildə toxunub. Öncə bütün dünya dövlətlərinin ölkəmizin ərazi bütövlüyünü tanımasına və dəstəkləməsinə diqqət çəkən Prezident bildirib: “Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır”.
Xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri Sənədində Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə olundu.
NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyənnaməsində yer alanlar da Ermənistan üçün daha bir diplomatik zərbə oldu. NATO-nun Brüssel sammitində qəbul edilən Yekun Kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının xüsusi olaraq qeyd edilməsi ölkəmizin yeni diplomatik uğuruna çevrildi.
Bununla yanaşı, o da aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətləndirəcək. Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək. Elə 20 il Ermənistana rəhbərlik etmiş kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən məqamlardan biri də məhz Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti oldu.
Eyni zamanda ordumuzun vurduğu zərbələr də burada öz rolunu oynadı. Yuxarıda qeyd olunan tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı qeyd edib: “İşğalçı dövlət indi ağır günlər yaşayır. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır”.
Azərbaycan, ümumiyyətlə, məsələni kifayət qədər qəti və aydın şəkildə qoyur. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Rəsmi Bakı bildirir ki, Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməli, əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Amma hələlik yeni Ermənistan iqtidarı da bu məsələdə birmənalı mövqe sərgiləmir.
Belə vəziyyətdə Bakı Ermənistanı sarsıdan addımlar atmaqda davam edəcək və Prezident İlham Əliyev bu xüsusda konkret xəbərdarlıqlar da edib: “Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır”.
İndi dünya miqyasında belə birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirib.
Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımlar ataraq konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır. Yəni Azərbaycana qarşı yürütdüyü işğal siyasətinə görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünü təcrid vəziyyətinə salıb.
Ermənistanın bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır. İşğalçı ölkə bilməlidir ki, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM