Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:51 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni tarif dəyişikliyi nəqliyyat infrastrukturunun inkişafına təkan verəcək
Yeni tarif dəyişikliyi nəqliyyat infrastrukturunun inkişafına təkan verəcək
ANA SƏHİFƏ / SİYASƏT
01:08 04.08.2018

 

Bir neçə gündür ictimai nəqliyyatda gediş haqlarının qaldırılması gündəm mövzusu olaraq qalmaqda davam edir. Sözsüz ki, müasir və komfort xidmətdən yararlanmaq üçün dəyişikliklər aparılmalı, eyni zamanda, xidmət haqqında müəyyən artımlar olmalıdır. Bu, təkcə ictimai nəqliyyatda yox, bütün sosial-iqtisadi sahələrdə özünü göstərən reallıqdır. Bu mənada Tarif Şurasının ictimai nəqliyyatda xidmət haqlarının qaldırılması haqqında qəbul etdiyi son qərardan da vətəndaşların gözləntiləri böyükdür. İlkin proqnozlara görə, bir neçə aydan sonra nəqliyyatda xidmət səviyyəsinin yüksəlməsi gözlənilir. Elə söhbət etdiyimiz ziyalılar, ekspertlər də bu qənaətdə olduqlarını dedilər və bu qərarın xidmətin yüksəldilməsində mühüm rol oynayacağını vurğuladılar.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyir ki, bu gün Azərbaycan tam müstəqil siyasət yürüdən ölkədir. Son 15 ildə Azərbaycan dünyanın bir çox ölkəsinə nəsib olmayan sürətli inkişaf yolu keçib. Bu müddət ərzində ölkəmizdə yenidənqurma işləri aparılıb, əksər sahələrdə sürətli inkişaf gedib. İqtisadiyyatın sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun da xüsusi yeri var. Bu sahədə baş verən yeniliklər göz önündədir.

İctimai nəqliyyatda sərnişindaşıma xidməti təkmilləşib, keyfiyyət yüksəlib. İctimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşıb. Bütün bu yeniliklərin fonunda ictimai nəqliyyatda və metroda gediş haqqı sabit qalıb: “Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi sonuncu dəfə 2007-ci ildə, metroda isə 2011-ci ildə təsdiq edilib. Məhz bu amillər nəzərə alınaraq bəzi sərnişindaşıma xidmətlərinin Tarif Şurasına müraciətləri nəzərdən keçirilib və yeni tariflər müəyyənləşib. Gediş haqları uzun müddət sabit qala bilməzdi. Digər ölkələrin də təcrübəsini nəzərə alsaq, bu sahədə qiymət artımının baş verməsi təbiidir”.

Musa Qasımlının sözlərinə görə, Azərbaycanı digər MDB ölkələri ilə müqayisə etdikdə, ölkəmizdə nəqliyyat sektorundakı qiymətlər daha aşağıdır. Yeni tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə isə Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi.  Belə ki, Bakı şəhəri inkişaf etdikcə, gündən-günə gözəlləşdikcə insanların zövqü dəyişir, onlar komfort və müasir xidmət istəyirlər. Eyni zamanda, sərnişindaşıma özəl sektordadır, ona görə də bu sahənin inkişaf etdirilməsinə maddi vəsait tələb olunur. Bu mənada Tarif Şurasının son qərarı əhəmiyyətlidir.

Deputat bildirir ki, Bakı Metropolitenində sonuncu dəfə tarif dəyişikliyi 2011-ci il dekabrın 1-də olub. Həmin tarixdən bugünə qədər metroda heç bir tarif dəyişikliyi baş verməyib.

O qeyd etdi ki, bu nəqliyyat vasitəsi dövlətin ayırdığı dotasiya ilə çalışır. Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Dövlət isə bu sahəyə ayırdığı xərclərə qənaət edərək vəsaiti digər sosial layihələrə və əməkhaqlarının artırılmasına yönəldəcək: “Avqustun 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillər və avtomobillər verildi. Yəni əldə olunan qənaət də bu kimi sahələrə yönəldiləcək. Dövlətimizin apardığı iqtisadi siyasətin ən başlıca prioritetlərindən biri sosial problemlərin həllidir”.

A.Hüseynov hesab edir ki, bu qərar yaxın 2-3 ay müddətində öz müsbət təsirini göstərəcək. Bütövlükdə isə bu qərar Azərbaycan vətəndaşına diqqət, qayğı deməkdir.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM