Alternative content

08:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Multikulturalizm dövlət siyasətinə çevrilib
Multikulturalizm dövlət siyasətinə çevrilib
ANA SƏHİFƏ / SİYASƏT
01:08 04.08.2018

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları avqustun 3-də İsmayıllıya gəliblər.

AZƏRTAC xəbər verir ki, Yay Məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər.

Görüşdə akademik Kamal Abdullayev çıxış edərək Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı sülhsevərdir və ölkəmizdə çoxlu azsaylı xalqlar dostluq şəraitində yaşayır.

Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzulidən söz açan natiq çıxışında bu bəşəri mütəfəkkirin Allaha müraciətini sitat gətirib. M.Füzuli yazıb: “Sən mənə elə bir imkan ver ki, mən bütün dünya insanlarının qəmini özüm çəkim”. Bu, multikultural təfəkkürə malik bir Azərbaycan şairinin sözləridir. 

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil çıxış edərək vurğulayıb ki, Azərbaycan bir sıra etnik azlıqların azad yaşadıqları ölkədir. ABŞ-da da etnik qruplar vardır, lakin onlar miqrant kimi gəliblər.

Azərbaycandakı multikulturalizm dəyərlərinin öyrənilməsinin xarici ölkə gəncləri üçün faydalı olduğunu deyən Uilyam Gil multikulturalizmin insanları bir araya gətirən dəyər olduğunu diqqətə çatdırıb.

Sonra Yay Məktəbinin iştirakçıları, o cümlədən portuqaliyalı Joao Mestre, indoneziyalı İmas Fuciate, fələstinli Farah Erekat öz təəssüratlarını bölüşüb, Azərbaycanda multikultural dəyərlərin bugünkü dünyamız üçün nümunə olduğunu bildiriblər.

 Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 10-dan çox millətin yaşadığı İsmayıllıda insanların bir-biri ilə mehriban və qarşılıqlı hörmət şəraitində birgə həyat sürdüklərini diqqətə çatdırıb. Sonda Yay Məktəbinin iştirakçıları malakanların yaşadıqları İvanovka kəndində olub, folklor qruplarının çıxışlarını dinləyiblər.