Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:48 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
ANA SƏHİFƏ / SİYASƏT
01:08 04.08.2018

 

Prezident İlham ƏLİYEV: “Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”

 

Azərbaycan sosialyönümlü dövlətdir. Yəni iqtisadi siyasətin əsas məramı ölkə vətəndaşının rifahına xidmət göstərməkdir. Ötən dövr ərzində həyata keçirilən  sosialyönümlü layihələr, qəbul edilən qərarlar bunu bir daha sübut edir. Dövlət maddi imkanı artdıqca sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara müxtəlif sosial güzəştlər edir, müavinətlər ödəyir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzindədir. Dövlət bu kateqoriyadan olan insanlara yüksək pensiya təminatı verməklə yanaşı, onları mənzil və minik avtomobili ilə də təmin edir.

Prezident İlham Əliyevin iştirakı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Ölkə rəhbərinə məlumat verildi ki, ehtiyacı olanları mənzillə təmin etmək üçün dövlət vəsaiti hesabına 35 mənzil alınıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Bu mənzillər daimi qaz, su və işıqla təchiz edilərək yüksək səviyyədə təmir olunub və bütün zəruri avadanlıqla, o cümlədən mətbəx mebeli ilə də təchiz edilib. Mənzillərin qış aylarında qızdırılması üçün kombi sistemi quraşdırılıb. Bir sözlə, bu kateqoriyadan olan insanlara layiq olduğu səviyyədə mənzillər hədiyyə edilib.

Dövlət başçısı tədbirdə bildirdi ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, həmçinin altı mindən çox minik maşını da verilib. İlin sonuna kimi dövlət başçısı daha 300 mənzilin bu kateqoriyadan olan insanlara veriləcəyini də bildirdi. Beləliklə, cari ildə ehtiyacı olan 500-ə yaxın insan mənzillə təmin ediləcək.

Ölkə rəhbəri həmçinin vurğuladı ki, bu sahədə görülməli işlər də çoxdur. Belə ki, hazırda 4 minə yaxın insan mənzil növbəsindədir. Onların da tezliklə mənzillə təmin edilməsi üçün vaxtaşırı büdcədən pul ayrılacaq. Bir sözlə, bu kateqoriyadan olan insanlar arxayın ola bilərlər ki, dövlətin qayğısından bəhrələnəcəklər. Prezident İlham Əliyev dövlətin bu kateqoriyadan olan insanlara daim qayğı göstərdiyini vurğulayaraq demişdir: “Dövlətimiz sosial siyasəti uğurla aparır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir... Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində  mənzillə, evlə, maşınla təmin ediləcək”.

Həmin tədbirdə  136 vətəndaşa “Khazar LX” avtomobili verildi. Avtomobil alanların 110 nəfəri ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslərdir, digər 26 nəfəri isə Böyük Vətən müharibəsi və Çernobıl əlilidir.

Dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinə də toxundu. Qeyd etdi ki, kriminal xunta rejiminin apardığı işğalçılıq siyasəti iflasa uğrayıb. Bu gün Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin səbəbi də ölkəmizin ərazisini işğal etməsidir. Buna qarşı dövlətimizin apardığı uğurlu siyasət sayəsində regional layihələrdən təcrid olunub. Nəticədə Ermənistan regionda həyata keçirilən yüksək gəlirli bütün layihələrdən uzaqlaşdırılıb. Əksinə, Gürcüstan Azərbaycanla olan mehriban qonşuluq əlaqələrindən uğurla faydalanır. Bunun nəticəsidir ki, Ermənistandan fərqli olaraq, Gürcüstan ölkəmizlə əməkdaşlıqdan yüz milyonlarla dollar vəsait əldə edir. Dövlət başçısı bir daha vurğuladı ki, Ermənistanın yeganə çıxış yolu qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasıdır. Bundan sonra əlaqələr normallaşa və işğalçı ölkə də inkişaf yoluna qədəm qoya bilər. Əks təqdirdə onun acınacaqlı vəziyyəti daha da pisləşəcək.

Prezident İlham Əliyev çıxışında dönə-dönə qeyd etdi ki, bu kateqoriyadan olan insanlara dövlət bundan sonra da qayğı göstərəcək. Onları ev, mənzil və avtomobillə təmin etmək üçün zəruri tədbirlər görəcək. Dövlət başçısının 2 avqust 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı da bu məqsədə xidmət edir. Həmin sənədlə bu kateqoriyadan olan insanların sosial qayğılarını təmin etmək üçün dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Bu da onların, ailələrinin ev və mənzillə təminatının yaxşılaşdırılmasına imkan yaradacaq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM