Alternative content

16:56 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ənənəvi sahə olan çəltikçilik ikinci həyatını yaşayır
Ənənəvi sahə olan çəltikçilik ikinci həyatını yaşayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 04.08.2018

 

Sitrus meyvələri, çəltik, çay... Bunlar heç də hər yerdə bitən, araya-ərsəyə gələn məhsullar deyil. Lənkəranın torpağı, havası, suyu isə onların hamısını yetişdirməyə qadirdir. Həm də çayın ən ətirlisini, limonun, portağalın ən ləzizini, çəltiyin ən bərəkətlisini...

Təəssüf ki, bir müddət məlum səbəblərdən bu bitkilərə diqqət azalmışdı. İndi  torpaq yenidən canlanıb, unudulmuş sahələr bərpa edilib və onlara öz keçmiş şöhrəti qaytarılır. Bütün bunlar dövlətin qayğısı və əməli köməyi sayəsində gerçəkləşir. Prezident İlham Əliyevin bölgəyə səfərləri kəndli və fermerləri yeni nailiyyətlərə ruhlandırıb. Odur ki, rayonda sözügedən sahələrin hər biri ildən-ilə daha da inkişaf edir.

Ölkədə aqrar sahənin inkişafına və şaxələndirilməsinə töhfə verən təsərrüfatlardan biri də Lənkəranda yeni yaradılmış “Qreen EAST” MMC-dir. Təsərrüfatın çəltikçiləri keçən il 100 hektar sahədən 400 tondan çox məhsul götürüblər. Bu il çəltik sahələri daha da genişləndirilərək 160 hektara çatdırılıb.

Sahələrdə keyfiyyətli çəltik yetişdirilir və məhsulun bol olacağı gözlənilir. Hazırda biçin üçün də ciddi hazırlıq işləri aparılır. Texnikaya baxış keçirilir. Biçinin yüksək səviyyədə başa çatması üçün əvvəlcədən lazımi tədbirlər görülür.   

 

Foto Fərman BAĞIROVUNDUR,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM