04 Avqust 2018 01:08
155
SİYASƏT
A- A+

Rusiyalı gənclərin bir qrupunun Azərbaycana səfəri başa çatıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 24-dən 31-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Sonra nümayəndə heyətinin üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib. Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında qonaqlara ətraflı məlumat verib, onların suallarını cavablandırıb. 

Nümayəndə heyətinin üzvləri səfər barədə təəssüratlarını bölüşüblər. Moskva şəhərinin mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, AMOR-un idarə heyətinin üzvü Emin Hacıyev də görüşdə iştirak ediblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim olunub.

Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramov ilə görüşü keçirilib. Görüşdə Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Moskva hökumətinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin ölkələrimiz və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Moskva İstirahət və Turizm Agentliyinin Dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhərinin mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər. 

Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Rusiyalı gənclər Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.  Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyadıb.  Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfərlə bağlı təəssüratlarını bölüşüblər.  Növbəti günlərdə qonaqlar “JARA-2018” Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər. Rusiyalı gənclər həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, İçərişəhər, o cümlədən Qız qalası, Şirvanşahlar sarayı ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video