Alternative content

06:39 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ musiqi festivalında yenilik
Qəbələ musiqi festivalında yenilik
ANA SƏHİFƏ / Mədəniyyət
01:08 04.08.2018

 

Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng proqramla davam edir. 10 illik yubileyi çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməkdədirlər. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. Qəbələnd əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edərək Musiqi Festivalı haqqında məlumat alırlar.

Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, uşaqlar üçün əyləncələr təşkil olunub. Qəbələnd festivalın keçirildiyi məkanın, Heydər Əliyev adına Konqres Mərkəzinin yaxınlığında yerləşir. Bu isə festivalın qonaqlarına həm konsertlərdən öncə, həm də sonra fan-zonaya rahatlıqla gələrək əylənməyə imkan verir.

Qeyd edək ki, festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixdə keçirilib. Festivalda Azərbaycandan, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyədən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edirlər.

 

“Azərbaycan”