03 Avqust 2018 09:08
475
Mədəniyyət
A- A+

Qəbələ festivalı çərçivəsində “Baku Chamber Orchestra” kamera orkestrinin konserti olub

X Qəbələ Beynəlxalq Musiqi Festivalının beşinci günü axşam musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertin əvvəlində məlumat verilib ki, 2011-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində yaranan “Baku Chamber Orchestra” Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundovadır.

Diqqətə çatdırılıb ki, kamera orkestri Azərbaycanın görkəmli musiqiçiləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, tanınmış dirijorlar Azad Əliyev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Eyyub Quliyev, Ralf Gothoni (Finlandiya) ilə birlikdə konsertlər verib. Orkestr Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Belçika, Özbəkistan, həmçinin Azərbaycanın müxtəlif bölgələrində çıxışlar edib. “Baku Chamber Orchestra” kamera orkestri uğurlu fəaliyyətinə görə Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən fəxri diplomlara, həmçinin “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” mükafatına layiq görülüb.

Konsertdə İ.S.Baxın “İki fortepiano və kamera orkestri üçün konsert”, A.Piazzollanın “Buenos-Ayresdə ilin fəsilləri”, “Yay”, Y.G.Bendanın “Grave”, T.Quliyevin “Qaytağı”, P.İ.Çaykovskinin “Simli orkestr üçün Serenada” əsərləri səsləndirilib. Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Xalq artistləri, pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, həmçinin Ziba Rəcəbli (viola) və Nəzrin Aslanlı (violin) çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video