Alternative content

03:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər xərçəng xəstəliyini 90 faiz dəqiqliklə diaqnozlaşdırmağı öyrəniblər
Alimlər xərçəng xəstəliyini 90 faiz dəqiqliklə diaqnozlaşdırmağı öyrəniblər
ANA SƏHİFƏ / Səhiyyə
09:08 03.08.2018

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin “Arktika” Elmi Mərkəzinin ekspertləri əmindirlər ki, baş beyinin ritmik fəaliyyətinin innovativ qeydiyyat cihazı Rusiyada onkoloji xəstəliklərdən ölüm hallarını azaltmağa imkan verəcək.

AZƏRTAC “vistanews” saytına istinadla xəbər verir ki, unikal qeydiyyat cihazı iki ədəd hazırlanıb. Onların birindən Vladivostok alimləri, digərindən isə Maqadan mütəxəssisləri istifadə edirlər. Baş beyinin ritmik fəaliyyətini müşahidə edən həkimlər insan bədənindəki hər hansı orqanın xərçəngə tutulmasını 90 faiz dəqiqliklə diaqnozlaşdıra bilirlər. Mərkəzin alimləri bildiriblər ki, gələcəkdə bu cihaz onkoloqlarla yanaşı, ginekoloq, endokrinoloq, kardioloq, oftalmoloq və qastroenteroloqların da işini asanlaşdıracaq.

Alimlərin fikrincə, tibb elmində xərçəngin diaqnostikası sahəsində bu cihaz qədər dəqiq vasitə olmayıb. Bu səbəbdən beynəlxalq ekspertlər, xüsusilə çinlilər Maqadan mütəxəssislərinin ixtirası ilə maraqlanırlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM