Alternative content

14:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Condari” Şanxayı vurdu
“Condari” Şanxayı vurdu
ANA SƏHİFƏ / DÜNYA
05:08 03.08.2018

Dünən səhər “Condari” qasırğası Şanxayı və Çinin şərqində yerləşən sahilyanı Çjetszyan əyalətini vurmuşdur. 130 min nəfərdən çox adam təxliyə olunmuşdur. Zərərçəkənlər barədə hələ ki məlumat verilmir.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu il sayca 12-ci qasırğa Şanxay şəhərinin Tszinşan rayonunu və Çjetszyan əyalətinin Pinxu qəzasını vurmuşdur. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 23 metrə çatmışdır.

Şanxay hakimiyyət orqanları təhlükəsizliyi təmin etmək üçün profilaktik tədbirlər çərçivəsində 134 min adamı təcili təxliyə etmişdir.

Adıçəkilən rayonlarda güclü leysan yağışları, külək və daşqınlar gözlənilir. Sakinlərə ehtiyac olmadan küçələrə çıxmamaq, sahilyanı rayonlara yaxınlaşmamaq və küçələrdə son dərəcə ehtiyatlı olmaq tövsiyə edilmişdir.

“Condari” qasırğası ötən ayın 25-də Sakit okeanın şimal-qərb hissəsində formalaşmışdır.

Xatırladaq ki, bundan əvvəl tayfun Yaponiyanın mərkəzi və qərb rayonlarını vurmuşdur. Nəticədə 24 nəfər xəsarət almışdır.