Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:29 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mnanqaqva Zimbabvedə prezident seçkilərində qalib gəldi
Mnanqaqva Zimbabvedə prezident seçkilərində qalib gəldi
ANA SƏHİFƏ / DÜNYA
05:08 03.08.2018

Ötən ilin noyabrında Robert Muqabe hakimiyyətdən kənarlaşdırıldıqdan sonra ölkəyə başçılıq edən Zimbabvenin hazırkı Prezidenti Emmerson Mnanqaqva iyulun 30-da keçirilmiş seçkilərdə qələbə qazanmışdır. Səsvermənin yekunları barədə seçki komissiyasının sədri Pristsilla Çiqumba məlumat vermişdir.

Mnanqaqvaya 2,46 milyon nəfər (50,8 faiz) səs vermişdir. Beləliklə, o, səslərin yarısından çoxunu toplayaraq dövlət başçısı seçilmişdir.

Hazırkı Prezidentin əsas rəqibi, “Demokratik dəyişikliklər uğrunda hərəkat” ətrafında birləşmiş müxalifət partiyalarının alyansına başçılıq edən Nelson Çamisa 44,3 faiz səs toplamışdır. O, paytaxt Hararedə, ölkənin ikinci şəhəri Bulavayoda, habelə Şimali Matabelelend və Manikalend əyalətlərində qalib olmuşdur.

Müxalifət prezident seçkilərinin rəsmi nəticələrini tanımaqdan imtina etmişdir.

Xatırladaq ki, ötən çərşənbə günü Hararedə müxalifət nümayəndələri ilə polis arasında toqquşma baş vermişdir. Nəticədə 6 nəfər həlak olmuşdur.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM