Alternative content

01:47 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hodeydədə bombardman nəticəsində ölənlərin sayı 52-yə çatdı
Hodeydədə bombardman nəticəsində ölənlərin sayı 52-yə çatdı
ANA SƏHİFƏ / DÜNYA
05:08 03.08.2018

Yəmənin Hodeydə şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumları nəticəsində ölənlərin sayı 52 nəfərə çatmışdır. 100 nəfərdən çox adam yaralanmışdır. Bu barədə Hodeydə əyalətinin səhiyyə idarəsinin məlumatına istinadən “Anadolu” agentliyi xəbər verir.

Yaralıların əksəriyyəti ağır vəziyyətdə olduğundan bombardman qurbanlarının sayı arta bilər. Hodeydənin tibb müəssisələri əhaliyə qan vermək xahişi ilə müraciət etmişdir.

Xatırladaq ki, bir müddət əvvəl ərəb koalisiyasının döyüş təyyarələri “əs-Saura” ictimai xəstəxanasının yaxınlığını və limandakı obyektləri bombardman etmişdir.