Alternative content

15:58 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xınalıq kəndinin turizm imkanları genişləndirilir
Xınalıq kəndinin turizm imkanları genişləndirilir
ANA SƏHİFƏ / Turizm
05:08 03.08.2018

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan kimi qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün mövcud vəziyyətin qiymətləndirilməsi üçün Dövlət Turizm Agentliyinin əməkdaşlarından ibarət heyət Xınalığa ezam olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfər ərazidə infrastrukturla bağlı problemləri müəyyənləşdirərək həll yollarını müzakirə etmək, ərazinin turizm imkanlarını dəyərləndirmək, maddi və qeyri-maddi tarixi-mədəni irsi qiymətləndirmək, ərazidə turizmin inkişafına yönəlik “dəyər zənciri”ni formalaşdırmaq, habelə qeyd olunan “dəyər zənciri”ndə mövcud və potensial turizm fəaliyyətlərini və xidmətlərini müəyyən etmək məqsədi daşıyır.

Bir günlük səfərin sonunda qeyd edilmiş məqsədlərlə bağlı toplanılmış məlumatlar əsasında ilkin aralıq hesabatın, daha sonra isə yekun hesabatın hazırlanması və bu hesabatlar əsasında Xınalıqla bağlı dörd istiqamət üzrə tədbirlər planının qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğuna baxış keçirərək tarixi diyarın turistlər üçün daha cəlbedici turizm məkanına çevrilməsinə dair tapşırıqlar verib, qoruğun unikal görünüşünün və qədimiliyinin qorunub saxlanması ilə yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsi qərarlaşdırılıb.