Alternative content

14:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəkidə seminar: hindistanlı alim ölkəsində ipəkqurdunun palıd yarpağı ilə yemlənməsi qaydalarından danışıb
Şəkidə seminar: hindistanlı alim ölkəsində ipəkqurdunun palıd yarpağı ilə yemlənməsi qaydalarından danışıb
ANA SƏHİFƏ / Elm və texnika
04:08 03.08.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin növbəti seminarında Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Rajeş Kumar “Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarının bioloji müxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, hindistanlı alim ölkəsində palıd yarpağı ilə yemlənən 7 növ ipəkqurdunun biomüxtəlifliyi, hər bir növün yemlənmə xüsusiyyətləri, onlardan alınmış baramanın və sapın bioloji və texnoloji göstəriciləri, ipək saplardan hazırlanan məhsullar barədə məlumat verib. O, həmçinin həmin ipəkqurdu sortlarının yemlənməsində istifadə olunan palıd, gənəgərçək, payam, tapioca, aylant bitki və ağaclarının yetişdirilməsi, yemlənmədə istifadə qaydaları haqqında danışıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda Rajeş Kumarın təmsil etdiyi İpəkçilik Tədqiqat və Təlim Mərkəzi ilə Şəki Regional Elmi Mərkəzi arasında elmi-texniki əməkdaşlığa dair müqavilə bağlanması haqqında razılıq əldə edilib.