Alternative content

10:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sahib Paşazadə: Qəbələ festivalı biz musiqiçilər üçün gözəl bir bayramdır
Sahib Paşazadə: Qəbələ festivalı biz musiqiçilər üçün gözəl bir bayramdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 03.08.2018

Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqiçiləri, xüsusilə gənc sənətkarlar üçün gözəl bir bayramdır. Mən bir tar ifaçısı olaraq, bu festivalda iştirak edən xarici ölkə musiqiçilərinin bir çoxunu internetdən izləyirdim. Lakin indi Qəbələ festivalında London Kral və Yerusəlim Simfonik orkestrləri ilə birlikdə çıxış etmək, onları dinləmək imkanı qazandım. Festivalda dünya şöhrətli pianoçu Boris Berezovskiyə canlı olaraq qulaq asmışam, məşhur musiqiçilərlə ünsiyyətdə olmuşam. Mənim kimi, yüzlərlə musiqiçi, minlərlə tamaşaçı yaxınlaşıb onlarla birlikdə şəkil çəkdirib, imza alıblar. Bütün bunlar insana çox böyük ruh, ilham verir. Bunu sözlə ifadə etmək çətindir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, “Muğam” instrumental ansamblının rəhbəri, Əməkdar artist, tarzən Sahib Paşazadə deyib.

Qəbələ festivalında artıq onuncu dəfədir iştirak etdiyini diqqətə çatdıran tarzən bu festivalların 6-da şəxsən muğam gecəsini apardığını, qalanlarında isə fərqli-fərqli kollektivlərin, kamera və simfonik orkestrlərin tərkibində çıxış etdiyini vurğulayıb.

Festivaldan böyük zövq aldığını vurğulayan Sahib Paşazadə Azərbaycan mədəniyyətinə, musiqisinə belə bir gözəl musiqi bayramı bəxş etdiyinə görə festivalın yaradıcısı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, həmçinin festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli və Dmitri Yablonskiyə rəhbərlik etdiyi instrumental ansamblın üzvləri adından dərin minnətdarlığını bildirib.