Rusiyalı turistlər Azərbaycana səfər edib və səyahətlərinin nəticəsi kimi “Tur bez kupyur” bloqunda öz təəssüratlarını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Bakı haqqında 21 dəqiqəlik videoçarxda qonaqlar Şirvanşahlar sarayı, küləkli havada Xəzər dənizində istirahət barədə danışıblar. Həmçinin Bakının ən maraqlı və gəzməli yerləri – Heydər Əliyev Mərkəzi, İçərişəhər, Qız qalası qonaqların yaddaşında xoş iz buraxıb.
Videoçarxda bloqer ümumilikdə Azərbaycanın paytaxtı barədə fikirləri ilə bölüşür.