Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

11:01 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarif Şurasının qərarı zərurətdən doğan addımdır
Tarif Şurasının qərarı zərurətdən doğan addımdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 03.08.2018

 

Tarif Şurasının  Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətlərinin tənzimlənməsinə dair qəbul etdiyi qərar ölkənin kütləvi informasiya vasitələrində  müzakirə olunmaqdadır. Müxtəlif fikirlər səslənir, mövqelər ortaya qoyulur.

Diqqət çəkən məqamlardan biri odur ki, ifrat radikal müxalifətin təmsilçiləri və avrotrollar bu qiymət artımından iqtidara qarşı istifadə etməyə çalışaraq onu ağıllarına batan və batmayan bütün günahlarda ittiham etməyə çalışırlar. Bir sözlə, radikal sərtlik nümayiş etdirirlər, Bu, qərəzli mövqedir.

 Onu qeyd edək ki, Tarif Şurasının qərarına əsasən paytaxtda metro nəqliyyatında, Bakı, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifi artırılmışdır. Şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik qiymət tarifi tətbiq edilmişdir. Tarif Şurası məsələyə aydınlıq gətirərək qiymətlərin artırılmasının səbəblərini ictimaiyyətə izah edir. 

Sonuncu dəfə müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tarifləri 2007-ci ilin əvvəlində artırılıb. Bakı Metropolitenində sərnişindaşıma xidmətinin tarifi isə bundan dörd il sonra artırılıb. 10 ilə yaxın müddət ərzində ölkədə müasir logistika sistemi qurulub, nəqliyyat infrastrukturu tamamilə yenilənib.  Nə əvvəlki yollardan, nə də səs-küyü baş aparan köhnə “tısbağa” avtobuslardan bir əsər-əlamət qalıb. Bir sözlə, müasir tələblərə cavab verən, qabaqcıl ölkələrlə rəqabətə gedə bilən ictimai nəqliyyat və metro infrastrukturu, demək olar ki, yenidən qurulmuşdur. Bütün bunlar ciddi kapital qoyuluşları hesabına başa gəlir və təbii olaraq istismar xərcləri də artır.

Qiymətlərin artırılmasına münasibət bildirən müxtəlif qurumlar ciddi arqumentlərlə qərarın düzgün qəbul edildiyini təsdiqləyirlər. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti açıqlamasında bildirib ki, bir sərnişinin daşınmasında yalnız istismar xərcləri 47 qəpikdir. Metroda gediş haqqı Kiyevdə 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə Bakıdan bir neçə dəfə yüksəkdir. London aeroportundan şəhərin mərkəzindəki mehmanxanayadək olan yolu metroda getmək üçün isə 16 funt sterlinq ödəmək lazımdır. Bizdə bu məbləğə Bakıdan Tbilisiyədək  getmək və hələ yolda nahar etmək də mümkündür.

Bakı Nəqliyyat Agentliyi  marşrut avtobuslarında gediş haqqı tariflərinin artırılması  sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri avtobus parklarını yeniləndirməyə, daha keyfiyyətli sərnişindaşıma xidməti göstərməyə stimullaşdırdığını bildirib. Burada maraqlı məqamlardan biri də nəqliyyatda korrupsiya hallarının qarşısının alınmasıdır. Bakı avtovağzalında bir sıra istiqamətlərdə sərnişinlərdən yığılan yol pulları biletin dəyərindən xeyli baha idi. Şəhərlərarası nəqliyyatda qiymətlərin kilometraj əsasında təyin edilməsi artıq bəzi işbazlara dövlətin pulunu mənimsəməyə imkan verməyəcək.

Beləliklə, aydın görünəni odur ki, metroda, şəhərarası və şəhərlərarası nəqliyyatda qiymətlərin artırılması yeganə düzgün addımdır. Dünyanın əksər ölkələrində belə qərarlar  zaman-zaman qəbul edilir. İngiltərənin keçmiş baş naziri, “dəmir ledi” Marqaret Tetçer isə öz adını tarixə ən qeyri-populyar qərarların müəllifi kimi həkk etdi. Onun həyata keçirdiyi bir çox islahatların tərəfdarlarından rəqiblərinin sayı daha çox idi, qəbul etdiyi qərarlar isə əhalinin geniş təbəqələrinin narazılığına səbəb olurdu. Özəlləşdirmədən sonra qalan dövlət müəssisələrinə dotasiyaların azaldılması, depressiv regionlara yardımların ixtisar edilməsi, sosial sferaya xərclərin azaldılması - bütün bunların hamısı Tetçerin qeyri-populyar qərarları idi. Amma nəticədə “dəmir ledi” 1980-ci ildə böhranla üzləşən və 3 milyon işsizin əlində aciz qalan ölkəni 7 ilə ayağa qaldırdı.

Azərbaycan dövləti gələcək perspektivlərə köklənən, dərin islahatlara meyilli ölkədir. Bir qərar populyar olmaya bilər, lakin hər birimiz yaxşı bilirik ki, belə bir qərarın fonunda onlarla populyar qərarlar qəbul edilir. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayənin yatırılması hər bir Azərbaycan vətəndaşının firavan yaşaması üçün atılan addımdır. Zaman verilən bütün qərarların zəruriliyini isbat etmək gücünə qadirdir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM