Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

20:17 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yay turizminin inkişafı ilə əlaqədar işlər davam etdirilir
Yay turizminin inkişafı ilə əlaqədar işlər davam etdirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 03.08.2018

 

Hər fəsildə təbiətinin özünəməxsus gözəllikləri ilə füsunkar görünən ölkəmiz indi də yay aylarının al-əlvan rənglərinə, çalarlarına bürünüb. Hüsnünü bəzəyən uca dağları, geniş düzləri, yaşıl yamacları, mavi gözlü dənizi, coşub-çağlayan şəlalələri, çayları, bulaqları yalnız gözləri, könülləri oxşamır, eyni zamanda Azərbaycanın havasında, suyunda, çiçəyində, otunda dərdlərin dərmanı var.

Gözəllikləri dillər əzbəri olan ölkəmiz təbii iqlim şəraiti, təbiətinin zənginlikləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkir. Respublikamızda ilin bütün fəsillərində turizmin müxtəlif növlərindən istifadə etmək üçün əlverişli şərait var. Bunu nəzərə alaraq son illər ölkə həyatının bütün sahələri kimi, turizm sənayesinin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilməkdədir. Yaradılan müvafiq infrastrukturlar respublikamızda turizmin ayrı-ayrı sahələrinin inkişafına rəvac verir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Bildirilir ki, gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi bildirir ki, mart-may aylarının yüksək göstəriciləri, müvafiq olaraq, daha çox Novruz bayramı, “Formula-1”, Şoppinq Festivalı, may bayramları və yay mövsümünə hazırlıq dövrü ilə əlaqədardır.

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb. İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə olunub. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq 276,6 min nəfər təşkil edib. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.

Bu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 478,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Azərbaycanda yeni turizm sənayesi inkişaf edir. Bu sahədə müasir üsullardan, proqressiv təcrübədən istifadə edilir. Əsas məqsədlərdən biri də mövsümiliyin aradan qaldırılmasıdır ki, bu senaye hər bir dövrdə tam olaraq öz potensialından bəhrələnsin. Dövlət Turizm Agentliyinin nümayəndəsinin fikrincə, son illərdə qonaqların sayının artmasında qeyd olunan sıçrayış xaotik deyil. Ölkə rəhbərliyinin müvafiq qərarları əsasında infrastruktur qurulub, sərhədkeçmə proseduru yüngülləşdirilib, kadr potensialı genişləndirilib, yeni idarəetmə qurumları yaradılıb. Ölkəmizdə sabitlikdir, təhlükəsizlik yüksək səviyyədədir. Bizim insanların qonaqpərvərliyi və gülərüzlüyü qonaqlara qapıları açır. Tariximiz, mədəniyyətimiz, mətbəximiz, təbiətimiz bu sahənin daha da inkişaf edəcəyinin qarantlarıdır. Bu, tək yay mövsümünə yox, bütün dövrlərə aiddir. Kənan Quluzadə deyir: “Dövlət Turizm Agentliyinin hədəfləri marketinqin işinin qurulması, Bakının brendinin yaradılması, kadrların hazırlanması, turizm potensialımızın təbliği, infrastrukturun genişləndirilməsi, təkmilləşdirilməsi və digər məsələlərdir. Bunun da nəticəsində turizm daha da inkişaf edəcək”.

“Hazırda ölkənin paytaxtında və bölgələrində yaradılan infrastrukturlar turistləri qane edirmi” sualımıza cavabında Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd etdi ki, bu sahədə yeniliklərə ehtiyac duyulur. Misal üçün, əsas turist marşrutları üzrə sanitar qovşaqlarının yaradılması, turizm informasiya mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, yeni infrastruktur obyektlərinin yaradılması. Bu sahədə üstünlük G2B (dövlət-biznes əlaqələri) prinsipinə veriləcək ki, dövlətin dəstəyi ilə biznes imkanları daha da genişlənsin, turizm sahəsinə yönəldilən sərmayələrin həcmi artsın.

Xatırladaq ki, iyunun 15-də start verilən yay turizm mövsümü sentyabrın 15-dək davam edəcək. Yay turizminin inkişafı ilə əlaqədar işlər davam etdirilir. Ənənə olaraq ölkəmizin bütün təbii imkanlarından istifadə olunur. Yeniliklər tətbiq edilir. Yeni marşrutlar qurulur, turizmin yeni istiqamətləri tətbiq edilir: bu, həm qastroturizm, aqroturizm, ekoturizm, səhiyyə turizmi, əyləncələr və digər sahələri əhatə edir. Artıq ənənə halını almış tədbirlər keçirilir. Əsas məqsəd turistlərin məmnunluğunu təmin etməkdir ki, bunun üçün gərəkli olan bütün işlər görülür.

 

Zöhrə FƏRƏCOVA,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM