Alternative content

01:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsrailli pianoçular virtuoz ifaları ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıblar
İsrailli pianoçular virtuoz ifaları ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 02.08.2018

X Qəbələ Beynəlxalq Musiqi Festivalı dördüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını bir-birindən maraqlı konsert proqramları ilə sevindirməkdə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında israilli musiqiçilərin iştirakı ilə “Multipiano” musiqisi axşamı təşkil olunub.

Konsertin əvvəlində məlumat verilib ki, “Multipiano” İsrailin dörd virtuoz pianoçusunu birləşdirən özünəməxsus piano layihəsidir. 2015-ci ildə “Multipiano” İsrailin Mədəniyyət Nazirliyi tərəfindən “Ən yaxşı israilli ansambl” mükafatına layiq görülüb. “Multipiano” 2010-2011-ci illərdə Tel-Əviv Universiteti ilə İsrail Filarmonik Orkestrinin ortaq layihəsi olan Buhmann-Mehta Musiqi Məktəbinin nəzdində fəaliyyətə başlayıb. İsrailin üç ən parlaq gənc pianoçusunun və onların rəhbəri – ölkənin ən görkəmli musiqiçilərindən biri Tomer Levin iştirak etdiyi “Multipiano” layihəsi fəaliyyətinin ilk illərindən beynəlxalq əks-sədaya səbəb olub.

Musiqi axşamında V.A.Motsartın “Largetto” və “Alleqro”, D.Şostakoviçin “Konsertino”, S.Raxmaninovun “Romans” və “Vals”, B.Smetananın “Sonata” və digər Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

İsrailli musiqiçilər Tomer Lev, Berenika Qliksman, Almoq Seqal, Ayal Peleq Pelk və Nimrod Natanel Meiry-Haftelin ifaçılıq məharəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.