Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:19 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır
Dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 02.08.2018

Avqustun 2-də Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq DSX-nin Sahil Mühafizəsində “Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, zabit və sərhədçilərin iştirak etdikləri tədbirdə əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən, gənclər arasında aparılan maarifləndirmə işinin effektivliyinin artırılmasından danışıb. O bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə maddi dəstəyin göstərilməsi, eləcə də din sahəsində milli kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu istiqamətdə görülmüş işlərin bariz nümunəsidir.

Natiq deyib ki, hərbi vətənpərvərliyin gücləndirilməsində milli mənəvi dəyərlərin özünəməxsus rolu var. Dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayan S.Heydərov DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, hüquqi və ideoloji müstəvidə mübarizə aparıldığını diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində bu cür tədbirlərin mütəmadi keçirildiyini qeyd edib.

Sədr müavini onu da deyib ki, bəzi xarici qüvvələr İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edirlər və Yaxın Şərqdə baş verən proseslər bunun nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin mövcud olduğunu bildirən S.Heydərov bəzi xarici dairələr tərəfindən Azərbaycanda mövcud sabitliyi pozmaq cəhdlərinin olduğunu deyib. O, gəncləri yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə çağırıb.

“Şəhadət” sənədli filminin əhəmiyyətindən də danışan natiq deyib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. “Şəhadət” sənədli filmində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev isə çıxışında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, eyni zamanda, dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyini qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM