Alternative content

03:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Fövqəladə Hallar Nazirliyi “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi “TENİZ-2018” beynəlxalq kompleks təlimində iştirak edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 02.08.2018

Avqustun 2-də Qazaxıstan Respublikasının Mangistau vilayətində “TENİZ-2018” beynəlxalq kompleks təlimi başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, təlim “Xəzər dənizi akvatoriyasında, o cümlədən Xəzəryanı ölkələrdə təbii və texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və İranın xilasetmə qüvvələrinin fəaliyyətinin təşkili” mövzusuna həsr olunub.

Təlimdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya, “Mersedes Sprinter” markalı xüsusi təyinatlı xilasetmə, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobilləri və “BE-200 ÇS” amfibiya təyyarəsi iştirak edir.

Beynəlxalq təlim avqustun 3-də Mangistau vilayətinin sahil hissəsində və Xəzər dənizi akvatoriyasında davam etdiriləcək.