02 Avqust 2018 04:08
115
DÜNYA
A- A+

ABŞ türkiyəli nazirlərə sanksiyalar tətbiq etdi

ABŞ amerikalı keşiş Endrü Bransonun həbsinə görə Türkiyənin ədliyyə və daxili işlər nazirləri Əbdülhamid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdir. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Branson FETÖ və PKK terrorçu təşkilatları ilə əlaqədə, eləcə də casusluqda ittiham edilir. Din xadiminin həbsi iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb olmuşdur.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, Ankara Vaşinqtonun bu qərarını cavabsız qoymayacaq. Öz növbəsində xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd etmişdir ki, “əgər ABŞ administrasiyası qanunsuz tələblərin icrasına bu cür üsullarla nail ola bilməyəcəyini anlamırsa, biz ümumi problemləri həll edə bilməyəcəyik”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video