Alternative content

03:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nikaraquada etirazlar zamanı 265 nəfər həlak olub
Nikaraquada etirazlar zamanı 265 nəfər həlak olub
ANA SƏHİFƏ / DÜNYA
04:08 02.08.2018

Nikaraqua parlamentindəki Həqiqətin Müəyyənləşdirilməsi və Barışıq Komissiyasının verdiyi məlumata görə, aprelin ortalarından bəri ölkə Prezidenti Daniel Orteqaya qarşı etirazlar zamanı 265 nəfər, o cümlədən 13 uşaq həlak olmuşdur. Bu rəqəm bir neçə gün əvvəl hökumətin açıqladığı rəqəmdən xeyli çoxdur. Ötən ayın 30-da Orteqa bildirmişdi ki, ölkədə etirazlar nəticəsində 195 nəfər həlak olub.

Eyni zamanda hüquq müdafiəçiləri hesab edirlər ki, Nikaraquada ölənlərin sayı 450 nəfərə çatmışdır. Bundan əlavə, 2 min nəfərdən çox adam yaralanmış, yüzlərlə etirazçı saxlanmış, yaxud itkin düşmüşdür.

Bu arada Orteqanın həyat yoldaşı, ölkənin vitse-prezidenti Rosario Murilyo bildirmişdir ki, hökumət ölənlərin ailələrinə “ədalət və ziyanın ödənilməsini” arzulayır. O, bir neçə aydır davam edən kütləvi etirazları “dövlət çevrilişi cəhdi və terror aktı” kimi qiymətləndirmişdir. “Terrorçuları, təxribatçıları və cinayətkarları cəzasız qoymaq olmaz” deyə Murilyo yerli KİV-ə müsahibəsində vurğulamışdır.

Xatırladaq ki, apreldə ölkədə sosial təminat islahatına qarşı kütləvi etirazlar başlamışdır. Sonradan sosial etirazlar Orteqa və Murilyonun istefası tələbləri səsləndirilən aksiyalara çevrilmişdir. Müxalifət Prezidenti və vitse-prezidenti korrupsiyada, özbaşınalıqda və qohumbazlıqda ittiham edir.

Qərb yarımkürəsinin ən yoxsul dövlətlərindən biri olan Nikaraqua hazırda maliyyə böhranı yaşayır. 72 yaşlı Daniel Orteqa 1984-1990-cı illərdə ölkənin Prezidenti olmuş, 2006-cı, 2011-ci və 2016-cı illərdə yenidən dövlət başçısı seçilmişdir.