Alternative content

19:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda müstəntiqlərin Sarkisyanı istintaqa çağıracağı ehtimal olunur
Ermənistanda müstəntiqlərin Sarkisyanı istintaqa çağıracağı ehtimal olunur
ANA SƏHİFƏ / DÜNYA
04:08 02.08.2018

Ermənistan Xüsusi İstintaq İdarəsinin rəhbəri ölkədə konstitusiya quruluşunun devrilməsi işi üzrə sabiq prezident Serks Sarkisyanın və sabiq baş nazir Ovik Abramyanın istintaqa çağırılacağını istisna etmir.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Xaçatryan məlumat verib. O deyib: “İstintaqa çağırılmanın zəruriliyini müstəntiq müəyyənləşdirir. Mən bir neçə dəfə demişəm ki, əgər hər hansı vəzifəli şəxs dəyərli məlumat verə bilərsə, o, sorğu-sual ediləcək”.

2008-ci il 1 mart etiraz aksiyalarının dağıdılması barədə cinayət işi çərçivəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryana, sabiq müdafiə naziri Mikael Arutyunyana və 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın başı katibi Yuri Xaçaturova Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sarkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan o zaman Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. O, hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş və 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu il yanvarın 19-da Yerevan məhkəməsinin qərarı ilə Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.