Alternative content

02:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kubalı musiqiçi: Qəbələ festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir
Kubalı musiqiçi: Qəbələ festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir
ANA SƏHİFƏ / Mədəniyyət
04:08 02.08.2018

Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına yenidən dəvət aldığımıza görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın ölkələri musiqisinə böyük marağı olduğunu gördük. Onlar bizim rəqqaslarla birlikdə doyunca rəqs etdilər, bizi ruhlandırdılar. Budəfəki konsertdə isə Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdik. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri X Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən Kubanın məşhur “Jovanes Clasicos Del Son” qrupunun rəhbəri Ernesto Reyes Proenza jurnalistlərə müsahibəsində deyib.

Festivalın yüksək səviyyədə təşkil edildiyini vurğulayan kubalı musiqiçi belə musiqi tədbirlərinin xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.