Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:56 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ATƏT-in səhra köməkçiləri xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Xocavənd qəsəbəsində olublar
ATƏT-in səhra köməkçiləri xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Xocavənd qəsəbəsində olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 02.08.2018

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç avqustun 2-də xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları səmimi qarşılayaraq, onları Qarabağda, öz doğma yurdlarında salamlayacağına ümid etdiyini bildirib. Eyvaz Hüseynov qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir.

Rayon icra hakimiyyətinin başçısı münaqişənin tarixi köklərinə nəzər salıb, işğal edilmiş torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən qanlı soyqırımı aktlarının törədildiyini, etnik təmizləmə aparıldığını diqqətə çatdırıb.

“Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Nə qədər ki, Avropa dövlətləri erməni yalanlarına inanır, bəzən ona dəstək verir, vəziyyət daha da gərginləşir. Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. İstəyirik ki, işğal edilmiş torpaqlarımız danışıqlar yolu ilə qaytarılsın. Lakin erməni tərəfi danışıqları uzadır, torpaqlarımızı işğal altında saxlayır. Lakin bütün dünya bilsin ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək” - deyə E.Hüseynov bildirib.

Daha sonra bölgədəki vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən icra hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda intensiv xarakter daşıdığını bildirib. Hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərin, onlara məxsus avtomobillərin, mal-qaranın Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM