Alternative content

18:04 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İyulda milli parkları 26 minə yaxın turist ziyarət edib
İyulda milli parkları 26 minə yaxın turist ziyarət edib
ANA SƏHİFƏ / Turizm
02:08 02.08.2018

Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulda milli parkları ziyarət edənlərin sayı altı ay ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, altı ay ərzində milli parklara, ümumilikdə, 24261 turist səfər edib. Bunlardan 21 min 223-ü yerli, 3038-i isə xarici vətəndaşdır. Təkcə iyul ayında milli parklara 25 min 590 turist gəlib ki, bunların da 24 min 291-ni yerli, 1299-nu isə xarici vətəndaşlar təşkil edib.

Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.

Xatırladaq ki, turistlər nazirliyin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən “Xidmətlər” bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də fəaliyyət göstərir.