Alternative content

09:57 26 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd Təsərrüfatı Nazirliyində şərab istehsalçılarının problemləri müzakirə olunub
Kənd Təsərrüfatı Nazirliyində şərab istehsalçılarının problemləri müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 02.08.2018

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşə “Aqro-Azərinvest”, “Aspi-Aqro”, “Abşeron Şərab”, “Gəncə Şərab-2”, “Şərq Ulduzu”, “Göygöl Şərab Zavodu”, “Fireland Vineyards”, “AzGranata”, “Cəlilabad Şərab-2”, “Aqroinvestkom”, “Naiqin&Co” şirkətlərinin nümayəndələri qatılıblar.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şərab istehsalçılarının problemləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Nazir İnam Kərimov assosiasiyaların fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin yaradıldığını qeyd edib. Görüşdə elmi nailiyyətlərin kommersiyalaşdırılması məsələsinə toxunan nazir Aqrar Elmin İnkişafı Proqramı üzərində işlənildiyini, yerli kadr çatışmazlığının tezliklə aradan qalxacağına əmin olduğunu vurğulayıb.

Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə lizinq yolu ilə verilməsi, texniki üzüm sortlarının tingçiliyinin inkişafı, qablaşdırma məsələləri, keyfiyyətə nəzarət və dequstasiya komissiyasının fəaliyyəti, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə edilib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM