Alternative content

11:48 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllıda beş rayonun sakinlərini qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllıda beş rayonun sakinlərini qəbul edəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 02.08.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adı, soyadı, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və “142-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 14-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar müraciətlərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.