Alternative content

03:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə parlamentində təmsil olunan siyasi partiyalar ABŞ-ın sanksiya qərarına birgə etiraz ediblər
Türkiyə parlamentində təmsil olunan siyasi partiyalar ABŞ-ın sanksiya qərarına birgə etiraz ediblər
ANA SƏHİFƏ / DÜNYA
11:08 02.08.2018

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Millətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə etiraz münasibətini kəskin şəkildə ifadə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə rahib Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etiraza səbəb olub. Bunun ardından ABŞ Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq etmək barədə qəbul etdiyi qərar iki ölkə arasında gərginliyi daha da artırıb. Hazırda ev dustağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanunazidd əməllərdə təqsirli bilinir.

Türkiyə tərəfi əsaslandırır ki, rahib Brunsonun həbsi qanunidir, onun qeyri-şərtsiz azad olunması barədə tələblər beynəlxalq hüquqa ziddir.