Alternative content

22:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban Qurbanov: Futbolçularımız meydanda istədiklərini edə bildilər
Qurban Qurbanov: Futbolçularımız meydanda istədiklərini edə bildilər
ANA SƏHİFƏ / İDMAN
09:08 02.08.2018

Azarkeşlərimizə təşəkkür edirəm. Qarşılaşmaya xüsusi rəng qatdılar. Oyuna görə futbolçularmızı təbrik edirəm. Meydanda istədiklərimizi edə bildik. Düzdür, bizim üçün çətin oyun oldu. Hər halda, biz qalib gəldik və növbəti mərhələyə adladıq. Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubuna qarşı cavab matçından sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ”-“Kukesi” oyunun ilk hissəsi Ağdam təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb. İlk hissədə yeganə qol qarşılaşmanın 24-cü dəqiqəsində vurulub. Belə ki, cərimə meydançasında İnosent Emeqaraya qarşı kobudluğu hakim 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirib. Topa yaxınlaşan Dani Kintana fürsəti əldən verməyib - 1:0.

Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən ağdamlılar 52-ci dəqiqədə rəqib azlıqda qalıb. “Kukesi”in heyətində Alba Ala qırmızı vərəqə ilə cəzalandırılıb. Rəqib qapısına təyin olunan penaltini isə Emeqara dəqiq yerinə yetirə bilməyib. Buna baxmayaraq, “Qarabağ” tezliklə hesab arasındakı fərqi artırıb. Matçın 57-ci dəqiqəsində “Kukesi”in qapısına təyin edilən növbəti 11 metrlik cərimə zərbəsini Dani Kintana dəqiq yerinə yetirib - 2:0.

Lakin bu da oyunda sonuncu qol olmayıb. Görüşün əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış "Qarabağ" komandası albanların qapısına üçüncü dəfə yol tapıb. Ağdamlıların yeni transferi Con Delarj oyunda son nöqtəni qoyub – 3:0.

Beləliklə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.

Ağdamlıların növbəti mərhələdə rəqibi Belarusun “BATE” komandası olacaq. İlk oyun avqustun 7-də, cavab qarşılaşması isə avqustun 14-də keçiriləcək.