Alternative content

12:49 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində
"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində
ANA SƏHİFƏ / İDMAN
08:08 02.08.2018

 

"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edib. Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olan Ağdam klubu bu dəfə rəqibini 3 cavabsız qolla məğlub edib.

Bununla da Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz
bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.


1 avqust

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 3:0
Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89
Matçın 53-cü dəqiqəsində İnnosent Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: Alla, 52 ("Kukesi")
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0