02 Avqust 2018 01:08
168
İQTİSADİYYAT
A- A+

Hədəf bəlli, məqsəd aydın

 

Ölkə rəhbərinin sərəncamı ilə hər il regionların inkişafı üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır. Vəsaitdən Göyçay rayonuna da böyük pay düşür. Belə sərəncamlardan birini dövlət başçısı ötən ayın 26-da imzalayıb.

Sərəncama əsasən, 21 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolunun tikintisi üçün 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Başqa bir misal. Dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il və 9 aprel 2018-ci il tarixli sərəncamlarına əsasən, “Azərsu” ASC tərəfindən rayonun 16 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülüb. Həmin kəndlərin ərazisində 164 bulaq quraşdırılaraq 30 min nəfərdən artıq əhalinin içməli su təminatı yaxşılaşdırılıb.

Prezidentin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli sərəncamının icrası sayəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kəndində modul tipli sutəmizləyici qurğular, 101 bulaq quraşdırılaraq istifadəyə verilib, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşıb.  

Cari ilin birinci yarısında rayonun Mallı-Şıxlı, Çərəkə, Alxasava, Bığır, Şəkili, Ərəbcəbirli, Mollahacılı, Ulaşlı-Şıxlı, Xəlitli kəndlərindəki köhnə transformatorlar, şəhər və kəndlərdə yaşayış məntəqələrinin ərazisində 10 kilovoltluq qəzalı vəziyyətdə olan  dayaqlar  yeniləri ilə əvəz edilib, 13,5 kilometr  uzunluğunda naqillər çəkilib.   

Rayonun Çaxırlı, Ləkçılpaq və Çərəkə kəndlərinə təbii qaz verilişi bərpa edilib. Hazırda rayon üzrə yaşayış məntəqələrinin 84 faizi qazlaşdırılıb və əhalinin 93 faizi təbii qazla təmin olunub. Kürdşaban və Şəkili kəndlərinin də qazlaşdırılmasını ilin sonuna kimi başa çatdırmaq nəzərdə tutulub.  

İlin əvvəlindən rayon ərazisində xeyli tikinti, abadlıq-quruculuq işləri də görülüb. Əli Kərim adına parkda əsaslı təmir başa çatdırılıb. Burada yeni monitor quraşdırılıb, müharibə veteranları üçün kafe istifadəyə verilib, soyqırımı abidəsi şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulub, parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksi inşa edilib.

Hazırda Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Avtovağzal binasının tikintisi yekunlaşma mərhələsindədir.  

Rayon əhalisinin kənd təsərrüfatı məhsullarını rahat satmaları üçün tədbirlər davam etdirilir. Bu məqsədlə şəhərin M.Hüseynzadə küçəsindəki Təzə bazara bitişık ərazidə kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün talvarlar quraşdırılıb, əraziyə asfalt örtüyü salınıb, nəqliyyat vasitələrinin parklanmasından ötrü yerlər ayrılıb.

Asiya İnkişaf Bankının krediti hesabına Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulma layihəsi çərçivəsində Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisində son tamamlanma işləri görülür. 

Bu il iyun ayının 2-də güclü sel Göyçay çayı üzərindəki körpünün sol kənar dayağını mühafizə edən dəmir-beton konstruksiyaları və körpüyə yanaşma yolunu tamamilə dağıtmış, 39 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına körpüdə bərpa işləri aparılaraq iyunun 22-də istifadəyə verilib. Rayon üçün böyük strateji əhəmiyyəti olan körpünün qısa müddət ərzində bərpa edilməsini sakinlər Prezident İlham Əliyevin  böyük diqqət və qayğısı kimi qiymətləndirirlər.

İlin ötən dövründə yeni məktəb binalarının tikintisi də davam etdirilib. Veysəlli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait və tikinti üçün torpaq sahəsi ayrılıb. Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagirdlik ibtidai məktəb binasında son tamamlama işləri aparılır. Beləcə, dövlətin dəstəyi sayəsində yeni tikililər, aparılan quruculuq işləri, Göyçay şəhərinin, rayonun kəndlərinin simasını dəyişir, Göyçay bu gün dünənkindən bu gün daha abad və yaraşıqlı görünürlər.  

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video