Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılacaq
İlin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 02.08.2018

 

Qazla təmin edilən istehlakçıların sayı 2 milyon 138 mini ötüb

 

Bu ilin birinci yarısında ölkə ərazisində ümumi uzunluğu 1519,4 kilometrə çatan yeni qaz kəmərləri çəkilib, 113,8 kilometr xətt əsaslı təmir edilib. Regionlarda bir sıra qəsəbə, kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin olunub. 42965 əhali abonenti qeydiyyata alınıb və beləliklə, respublikada qazlaşdırılmış istehlakçıların sayı 2 milyon 138 mini ötüb.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunan iclasında bu məsələyə də toxunulub. Prezident İlham Əliyev cari ilin sonuna qədər qazlaşdırmanın 95 faizə çatacağının qarşıya vəzifə kimi qoyulduğunu vurğulayıb  və bu məqsədə nail olunacağına inamını bildirib. 

Son illər respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. 2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

Məlum olduğu kimi, ölkə ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin, eləcə də fəaliyyətə başlayan istehsal təyinatlı obyektlərin qazlaşdırılması abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Odur ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ölkədə, o cümlədən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan kəmərlərin yenilənməsi istiqamətində ardıcıl iş aparır. Məsələn, Abşeron rayonunun Qobu və Saray qəsəbələrinin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib. Həmin layihəyə uyğun olaraq Qobu qəsəbəsində ümumi uzunluğu 5000 metr, diametri 250 millimetrlik yeraltı polietilen və 1500 metr, diametri 159 millimetrlik yerüstü metal, Saray qəsəbəsində ümumi uzunluğu 5500 metr diametri 315 millimetrlik yeraltı polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilir. İşlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Bu,  qeyd olunan ərazilərdə yaşayan abonentlərin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmalarına zəmin yaradacaq.

Bundan əlavə, Bakı RQİİ, RQİİ-lər və Sumqayıt QİS daxili imkanlar hesabına 2018-ci ilin yanvar-iyun aylarında 185,41 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkərək köhnələri yenisi ilə əvəz edib, 633 qaztənzimləyici və 151 siyirtmə quraşdırıblar.

Respublika ərazisində əhali abonentlərin istifadə etdikləri təbii qazın dəyərinin əvvəlcədən ödənişinin təmin olunması məqsədilə cari il iyulun 1-dək 1106565 “smart-kart” tipli qaz sayğacları quraşdırılıb ki, onlardan 61343-ü son yarım ilin payına düşür.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib. Bu isə hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali abonentlərinin, sənaye müəssisələrinin və təşkilatların qaz təchizatının yaxşılaşdırılması məqsədilə normativ-texniki sənədlərə uyğun yeni qazölçü qovşaqlarının tikintisi işləri aparılır və istismara verilir.

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğacla təchiz olunmuş abonentlərə müvafiq xidmətlərin göstərilməsini təmin edib.

İqtisadiyyatın digər sahələri ilə yanaşı, qaz təchizatının dinamik inkişafı və modernizasiyası, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun olaraq əsas hədəf kimi səmərəli qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu hədəfə çatmaqdan ötrü mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması üçün yeni qazpaylayıcı xətlərin tikintisi və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi araşdırılır. Müştərilərin razılığının təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə tədbirlər davam etdirilir. “Azəriqaz”ın istehlakçılara göstərdiyi bütün xidmətlər “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. Digər istiqamətlərdən biri “ASAN kommunal” mərkəzləri vasitəsilə xidmətlərin genişləndirilməsi, vətəndaşlara səyyar xidmətlərin təşkilidir.

Başqa bir hədəf isə regionlarda açılacaq “ASAN kommunal” mərkəzlərində müvafiq xidmətlərin təmin edilməsidir. Artıq sentyabr ayının əvvəlindən  “Azəriqaz” respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda 20 növ üzrə xidmətlər göstərməyə başlayacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM