Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:59 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan Paşinyanın oyuncağına çevrilib
Ermənistan Paşinyanın oyuncağına çevrilib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 02.08.2018

 

Serj Sarkisyanın da yaxın zamanda sələfi Robert Koçaryan kimi həbsə atılacağı gözlənilir

 

Ermənistanda baş verən son olayların təhlili göstərir ki, bu ölkədə ictimai-siyasi müstəvidə vəziyyət getdikcə gərginləşir. Eyni zamanda, o da şübhə doğurmur ki, bu gedişlə sabiq prezident Serj Sarkisyan da yaxın tezlikdə sələfi Robert Koçaryan kimi həbsə atılacaq.
Bu şəraitdə proseslərin gedişini qabaqlamaq üçün Serj Sarkisyanın faktiki rəhbərlik etdiyi Respublika Partiyası Robert Koçaryanın müdafiəsinə qalxaraq onun azad edilməsinə nail olmağa çalışır. Belə hesab edilir ki, Robert Koçaryanın azad edilməsi Serj Sarkisyanın üzərindən həbs təhlükəsini qaldıracaq.
Məlumatlara görə, Respublika Partiyası Koçaryanın həbsi məsələsini beynəlxalq arenaya çıxartmaq niyyətindədir. Partiyanın parlamentdəki fraksiyası bu xüsusda bildirir: “Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”.
Hazırda belə fikirlər səslənir ki, Robert Koçaryanın və digərlərinin həbsi əslində, Yerevan klanının “Qarabağ klanı” üzərində apardığı haqq-hesabdır. Bu, eyni zamanda, baş nazir Nikol Paşinyanı müdafiə edən, küçələrdə onunla birlikdə “məxməri inqlab”ın ideyalarını reallaşdırmağa çalışan insanların tələbidir. Məsələ bundadır ki, ölkədə kifayət qədər cinayətlər törətmiş, dövlətin malını-mülkünü talamış, rüşvət və korrupsiya yolu ilə böyük sərvət toplamış insanlara qarşı aparılan mübarizə indi sadə Ermənistan vətəndaşları üçün böyük təskinlikdir.
Belə vəziyyətdə Paşinyan da ölkədə haqqın, ədalətin bərpa olunması uğrunda mübarizə aparması görüntüsü yaradaraq, mövqelərini gücləndirməyə çalışır. Bu mənada hesab edilir ki, Ermənistanda başlanılan proseslər davamlı olacaq. O da gözləniləndir ki, bu gedişlə Serj Sarkisyan da həbs oluna bilər. İndiyə qədər isə Serj Sarkisyanın yalnız qardaşı və qardaşı oğlu həbs olunub. Amma faktdır ki, Serj Sarkisyanın da rüşvət və korrupsiya olayları ilə bağlı cinayətləri var. İndi onlar da araşdırılır.
Hazırda Serj Sarkisyan müalicə adı altında ölkədən çıxıb Avropaya getsə də, üzərindəki həbs təhlükəsi davam edir. Aydındır ki, Ermənistanda baş verənlərin bir ucu Robert Koçaryanın zamanında müdafiə naziri, ardından ölkənin prezidenti olmuş Sarkisyana da çatacaq. Beləliklə də, “Qarabağ klanı”nın başçıları və fəal icraçıları sıradan çıxarılacaq.
Yaranmış vəziyyətdə Koçaryanın həbsdən azad olunacağına dair ümidlər azalır. Onunla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun da həbsi qaçılmaz sayılır.
MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev isə Robert Koçaryanın və Yuri Xaçaturovun 2008-ci ilin mart qırğınında ittiham edilməsinə də münasibət bildirərək, bunu Rusiyaya qarşı təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyanın bu davranışları birtərəflidir və Ermənistan konstitusiyasına ziddir: “KTMT-yə üzv olan dövlətlərin əksəriyyəti təşkilatın baş katibi postuna Ermənistandan bir nümayəndənin təyin edilməsinə qarşı ciddi şəkildə çıxırdılar. Xüsusən də Qazaxıstan. Nəticədə uzun müddət bu post boş qaldı. Xaçaturov yalnız böyük çətinliklərdən sonra 2017-ci ildə baş katib təyin edildi. Amma indi Ermənistan rəhbərliyi Rusiya ilə məsləhətləşmədən Xaçaturovu dövlət çevrilişində ittiham edir. Və bütün bunlar Paşinyanın Brüsseldəki NATO sammitinə qatılması, alyansın üzvlərini Ermənistana siyasi dəstəkdən əlavə, lazımi maddi kömək göstərməməkdə ittiham etməsi fonunda baş verir. Aydındır ki, Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır”.
Yevseyev konstitusiyanı pozaraq keçmiş prezidenti həbs edən Paşinyana xəbərdarlıq edib. Bildirib ki, o da nə zamansa Koçaryanın yerində ola bilər: “İstənilən hadisə təkrarlana bilər. Əgər Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yarana bilər. Oliqarxlarla mübarizə aparmadığı, əksinə, bir qrup oliqarxı başqaları ilə əvəzlədiyi aydınlaşanda Paşinyan da eyni bumeranqı alacaq”.
Bütün bunlara rəğmən, Helsinki Vətəndaş Assambleyasının Yerevandakı ofisinin rəhbəri Artur Sakunts bildirir ki, həbslər davam edəcək və bunun üçün çoxsaylı səbəblər mövcuddur. Sübut kimi o bildirir ki, Sarkisyan hakimiyyəti dönəmində Ermənistanın Rusiyadan aldığı 500 milyon dollar kreditin aqibəti məlum deyil.
Onun sözlərinə görə, rəsmi Yerevanın imzaladığı dövlətlərarası layihələrlə bağlı korrupsiya halları mövcuddur və problemli kreditlər də bunun nəticəsində yaranıb: “Keçmiş hakimiyyətin imzaladığı dövlətlərarası layihələrə, xüsusən də Şimal-Cənub avtomobil yolunun tikintisinə, Dünya Bankının təhsil sahəsi ilə bağlı layihələrə ayırdığı kreditlərin nəticəsi bəlli deyil. Hazırda istintaq xarici borcların qaynağını araşdırır”.
Lins Fondunun Ermənistana qoyduğu sərmayənin aqibətinin də məlum olmadığı bildirilir. Sakunts “Hayastan” Ümumerməni Fondunun fəaliyyətindəki korrupsiya və mənimsəmə hallarından da bəhs edib: “Biz nəticəni - yaxşı yolları, infrastrukturu görməsək də, kreditləri ört-basdır etməyə davam edirik. Belə aydın olur ki, müqavilələr kredit vəsaitini mənimsəmək üçün imzalanırmış. İndi biz onları bütün dünyaya ödəyirik”.
Qeyd edək ki, Lins Fondu 1989-cu ildə erməni mənşəli ABŞ biznesmeni Kirk Krkoryan tərəfindən təsis edilib. Fond 22 il ərzində ABŞ, Ermənistan və Livandakı ermənilərin müxtəlif layihələrinə xeyriyyəçilik məqsədi ilə 1,1 milyard dollar maliyyə vəsaiti xərcləyib.
Xatırladaq ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts Serj Sarkisyana qarşı cinayət işinin açılması ilə bağlı baş prokurora və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət etmişdi. O, sabiq dövlət başçısını 10 müxtəlif cinayətdə günahlandırmışdı. A.Sakunts 2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz olaraq silah tətbiq olunduğunu və nəticədə, Ermənistanın onlarca günahsız vətəndaşının qətlə yetirildiyini qeyd etmişdi.
İndi yeni cinayət faktlarının açılması fonunda Ermənistanda həbslərin davam etməsi gözlənilir. Keçmiş hakimiyyət təmsilçilərinin buna müqaviməti isə ölkədə vəziyyəti gərginləşdirir.

Elçin CƏFƏROV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM