Alternative content

14:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsanların rahatlığına və təhlükəsizliyinə xidmət edən qərar
İnsanların rahatlığına və təhlükəsizliyinə xidmət edən qərar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 02.08.2018

 

Tarif Şurası bu günlərdə keçirilən iclasında nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edib. Mövzu ilə bağlı ictimai şəxslərin və ekspertlərin fikirlərini öyrəndik. Onlar bunun iqtisadi baxımdan əhəmiyyətli olduğunu qeyd etdilər və sərnişindaşımada keyfiyyətli xidmətin yüksəlməsində mühüm rol oynayacağını dedilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, gediş haqqının artırılması cəmiyyətdə birmənalı qarşılanmır. Çünki istənilən qiymət artımı həmişə müəyyən müzakirələrə səbəb olur. Lakin metrolarda qiymət artımı başa düşüləndir: “”Bakı Metropoliteni” dotasiya ilə işləyən bir təşkilatdır. Həmişə dövlət büdcəsindən Metropolitenə müəyyən vəsait ayrılır. Son vaxtlarda yeni metro stansiyaları qurulur, avadanlıqlar təzələnir, vaqonlar alınıb gətirilir. Bunlar hamısı dövlət büdcəsinin hesabına başa gəlir. İndi dövlət bu sahəyə ayırdığı xərclərə qənaət edərək, vəsaiti digər iqtisadi layihələrə və insanların sosial müdafiəsinə yönəldəcək”.

Deputat hesab edir ki, Tarif Şurasının Azərbaycanda bir sıra ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qəbul etdiyi yeni tariflər bu sahədə insanlara göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsirini göstərəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü   Rüfət Quliyev Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqını artırmasını şərh edərkən bildirdi ki, bu, normal addım idi: “Burada belə bir  məqamı nəzərə almaq lazımdır ki, dünyanın hər yerində, o cümlədən inkişaf etmiş ölkələrdə inflyasiya prosesləri gedir. Son on il ərzində Azərbaycanda bu sahədə xidmətlərin qiyməti artmayıb. Avtobuslarda təxminən 11 il, metroda isə 8-9 il gediş haqqı sabit qalıb. Dünyada elə bir ölkə yoxdur ki, orada əmtəə və xidmətlərin qiyməti belə bir uzun müddət ərzində qalxmasın”.

Deputat dedi ki, 2015-ci ildə milli valyutamız devalvasiyaya məruz qaldı. Bu da dünyada baş verən iqtisadi və siyasi amillərlə bağlıdır. Lakin ölkəmizdə devalvasiya olmasına baxmayaraq, əhalinin sosial - iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən iri və vacib layihələrin maliyyələşdirilməsi prosesi dayandırılmayıb. Bu gün ölkəmizdə yollar çəkilir, Bakıda yeni metro stansiyaları qurulur, vaqonlar, kondisionerli avtobuslar alınıb gətirilir. Bütün bunlar əhalinin istifadəsi və rahatlığı üçündür.

Azərbaycanda ictimai nəqliyyatda qiymətin 9 ilə yaxın idi ki, artırılmadığını deyən deputat qeyd etdi ki, əvvəllər köhnə avtobuslar olduğu üçün qiymətlər də xidmətlərə görə aşağı idi. Hazırda isə ictimai nəqliyyatda xidmətlər gündən-günə yüksəlməkdədir.

Deputat onu da əlavə etdi ki, bu nəqliyyat vasitələri dövlətin ayırdığı dotasiya ilə alınır. Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Azərbaycanda dövlət büdcəsi hesabına yeni metro stansiyaları tikilir, bu sahəyə investisiya yatırılır. Bütün bunları nəzərə alaraq Tarif Şurasının yeni qərarını da başa düşmək lazımdır.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə o cümlədən qonşu Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə bilirlər. Bu həm də vətəndaşların ictimai nəqliyyat vasitələrindən rahat və təhlükəsiz istifadəsinə xidmət edər.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”