Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:25 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni tariflər sərnişindaşımada xidmət səviyyəsini yüksəldəcək
Yeni tariflər sərnişindaşımada xidmət səviyyəsini yüksəldəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 02.08.2018

 

MDB-də ictimai nəqliyyatdan istifadəyə görə ən aşağı qiymətlər Azərbaycandadır

 

İyulun 30-da Tarif Şurasının Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərar günün müzakirə mövzusu olaraq qalır. Artıq ictimai nəqliyyatda, metroda gediş haqları yeni tarifə keçib. 

Öncə bir xatırlatma edək: düz 10 ilə yaxın idi ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətləri tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda isə sərnişindaşıma xidmətinin tarifi 2011-ci ildə təsdiq edilmişdi. Yəni, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tarifləri 11 il, metroda isə 7 il öncə təsdiqlənib. Ancaq etiraf edilməlidir ki, bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun formalaşdırılıb.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclər artıb, avtobus parkı yenilənib və müasir avadanlıqlarla təchiz edilib. İstismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin ehtiyat hissələri xarici valyuta ilə idxal edilib və bu gün də həmin proses davam edir. Həmçinin ictimai nəqliyyatda, metroda xidmət səviyyəsi davamlı olaraq yüksəldilib, nağdsız ödəniş sisteminin tətbiqi genişləndirilib. Bununla yanaşı, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılıq azalıb.

Məhz bu amillər nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik müəyyən edilib. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq olunub.

Qiymət artımı iqtisadi sahə olduğundan təbii ki, bunun arxasında iqtisadi amillər dayanır. Ona diqqət etmək lazımdır ki, gediş haqqı uzun müddət sabit qala bilməzdi. Digər ölkələrin təcrübələrini də nəzərə alsaq, hər sahədə qiymət artımının baş verməsi təbiidir.

Düzdür, istənilən ölkədə hansısa sahədə baş verən qiymət artımı o qədər də müsbət qarşılanmır. Ancaq baş verən innovativ yeniliklər, müasir infrastrukturun yaradılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi təbii ki, qiymət artımını şərtləndirir. Ona görə də nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması ciddi narahatlıq doğurmamalıdır. Kiçik təhlil belə, apardıqda bəlli olur ki, yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parklarının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə bu sahədə keyfiyyətli xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək, həm də sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətlərini sağlamlaşdırmaq imkanı verəcək.

Onu da nəzərə almaq lazımdır ki, əksər xarici ölkələrlə müqayisədə Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının qiyməti çox aşağıdır. Yeni tarif dəyişikliyindən sonra belə, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər əksər MDB və region ölkələri ilə müqayisədə Azərbaycanda azdır.

Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manatdır. Avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi isə Rusiyada yenə də 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir. Metroda gediş haqqı isə Ukraynada 0,47-0,50 manat, Belarusda isə 0,55 manatdır. Rusiyada isə dəfələrlə bahadır.

Bu rəqəmlər bir daha Azərbaycanda metro və ictimai nəqliyyatda gediş haqqının əksər ölkələrlə müqayisədə çox aşağı olduğunu təsdiqləyir. Əlbəttə ki, yeni tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bir sözlə, qiymət artımı ictimai nəqliyyatdan istifadə edən vətəndaşların rahatlığının təmin olunması məqsədilə atılan addımdır. Çünki son zamanlarda ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı getdikcə artır. Eyni zamanda, son illərdə ölkəmizə çoxsaylı turist axını müşahidə edilir. Bu səbəbdən də nəqliyyat infrastrukturunun yenilənməsi, sərnişinlər üçün komfort şəraitin yaradılması zərurəti qiymət artımını şərtləndirən amillərdəndir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM