Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:51 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Musiqi sərhədləri aradan qaldırır
Musiqi sərhədləri aradan qaldırır
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 02.08.2018

 

“Jara-2018” həm də Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi

 

Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir. Belə tədbirlərin təşkili Azərbaycan dövlətinin bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsindəki inkişafının dünyaya çıxarılması baxımından olduqca vacibdir.
Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının təşkilinin əhəmiyyəti olduqca böyükdür. Bu, ilk növbədə Azərbaycan-Rusiya qonşuluq, dostluq, əməkdaşlıq müstəvisində münasibətlərin lazımi səviyyədə olduğunu göstərir. Konkret olaraq “Jara-2018” Azərbaycanın Rusiya ilə mədəniyyət sahəsindəki genişmiqyaslı əməkdaşlığına əyani sübutdur. Təbii ki, bu sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına öz töhfəsini verir.
Festivalda dünyanın tanıdığı Səmra, Timur Rodrigez, Yulianna Karaulova, EMİN, A'Studio və Jah Khalibin dueti, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksey Çumakov, Yuliya Kovalçuk, Karina Xvoynitskaya, Kravts, İrina Dubtsova, Band'Eros, Mari Kraymbreri, Elvira T., Jak Entoni, Brendon Horvard, Slava, Djiqan, Ani Lorak, Jasmin və başqaları öz ifaları ilə tamaşaçılara xoş anlar yaşatdılar. “Leninqrad” qrupu isə bu il festivala ilk qatılanlardan oldu.
Müğənnilər çıxışlarından sonra səmimi qonaqpərvərliyə görə təşəkkür edir, festivalda gözəl əhvali-ruhiyyə olduğunu vurğulayır, növbəti dəfə də bu musiqi bayramında iştirak edəcəklərini söyləyirdilər.
Festivalın üçüncü günü gənc istedadların çıxışları ilə də yadda qaldı. Bənzərsiz mahnılar, tamaşaçıların da ifalara qoşulması, rəqslər əsl bayram əhvali-ruhiyyəsi yaratdı. Burada hər kəs yayın isti günlərində bir daha, sözün əsl mənasında, “Jara” hərarətini yaşadı.
Festivalın dördüncü - sonuncu günü Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi də anşlaqla keçdi.
Müğənni yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən məmnunluğunu bildirdikdən sonra sevimli mahnılarını ifa etdi. Onun Azərbaycan dilində oxuduğu “Ağ çiçəyim” mahnısı isə tamaşaçılar tərəfindən daha hərarətlə, alqışlarla qarşılandı.
Festival iştirakçılarının sonda səhnəyə çıxaraq birgə ifa etmələri və tədbirin atəşfəşanlıqla başa çatması yaddaqalan məqamlardan hesab edildi. Çıxış edən 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər zövqlərinə uyğun musiqilər dinlədilər.
Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçıların maksimum səylə çalışmaları özünü açıq-aşkar göstərirdi. Onlar festival zamanı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər. “Jara-2018”in hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, əsrarəngiz şou, bir sözlə, festivalın möhtəşəmliyi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqləyirdi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu da tamaşaçıların zövqünü oxşadı.
Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov idi.
İyulun 29-da paytaxtın “Sea Breeze Resort” istirahət mərkəzində festivalın dördüncü, yəni sonuncu gününün konsert proqramı isə, demək olar ki, bənzərsiz ifalar, duetlər, rəqslər, fərqli dekorasiyalarla tamaşaçıların yaddaşında qaldı, onların zövqlərini oxşadı. Dünyanın diqqət mərkəzinə çevrilmiş Bakı və onun “Jara-2018” festivalı bir daha təsdiqlədi ki, musiqinin dili sərhədləri aradan qaldırır, insanları bir araya gətirir.
Festival iştirakçılarının bəzilərinin fikirlərinə görə, onlar Odlar yurdunda belə möhtəşəm tədbirlərin keçirildiyini indiyədək uzaqdan, yaxud teleekranlardan izləyiblər. “Jara-2018” isə onların Bakını görmək, tarixi məkanlarını ziyarət etmək arzularını gerçəkləşdirib. Kseniya Borodina da bu fikirdə olduğunu bildirdi: “Bakı inanılmaz dərəcədə gözəl, qonaqpərvər şəhərdir. Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən “Jara”nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam”.
Tədbirə ciddi hazırlıq Alla Perfilovanın da diqqətini cəlb edib. Deyir ki, dünyada ən populyar və möhtəşəm musiqili tədbirlərdən biri də bu festivaldır. Festival həm də Azərbaycanla, onun xalqı ilə yaxından tanışlıq imkanı yaratdı: “Xalqınız çox qonaqpərvərdir. Artistlər üçün məkan, fan zonada hər bir detal yüksək səviyyədədir. Özümü evimdəki kimi hiss edirəm. Bakını çox sevirəm”.
Bakının hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi Kristina Orbakayteni təəccübləndirib. Sanki nağıllar aləminə düşdüyünü deyən Kristina fikrini də obrazlı ifadə edib: “Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhvali-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər”.
İrina Dubtsova xalqımızın qonaqpərvərliyini xüsusi vurğuladı: “İnsanlarınız elə əvvəlki kimi qonaqpərvərdirlər. Burada Şərqin və keçmişin ruhu qorunub saxlanılıb. Şəhərin qədim küçələrində yenidən gəzmək istəyirəm. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası mövcuddur. Azərbaycanlılara qeyri-adi xüsusiyyətlərindən olan qonaqpərvərliyinə görə təşəkkür edirəm”.
“Jara” kimi möhtəşəm tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır. Festivaldakı ab-hava çox gözəldir” fikrinin müəllifi isə “Jara-2018”in iştirakçısı, Cah Xalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədovdur.
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı kimi irimiqyaslı layihələr Azərbaycanın multikultural dəyərlərini bütün dünyaya tanıdır”. Bu sözləri “Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda konsert proqramında çıxış edən gənc bəstəkar və ifaçılar daha çox səsləndirirdilər.
Paytaxt Bakı “Jara-2018” Beynəlxalq Musiqi Festivalına meydan verməklə dünyanın nəzərlərini bir daha özünə cəlb etdi. Son illər Azərbaycanda bir-birinin ardınca keçirilən belə beynəlxalq tədbirlərin sırasının genişlənməsi isə təsadüfi deyil. Bu, eyni zamanda ölkəmizdə multikultural dəyərlərin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu göstərir. Bu, Azərbaycana gələn, Bakını inkişaf etmiş Avropa ilə qədim Şərqin memarlıq nümunələrinin qovuşduğu məkan kimi görən əcnəbilərin, festival iştirakçılarının mədəniyyətimizin, adət-ənənələrimizin təbliği baxımından da olduqca vacib məsələlərdəndir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM