Alternative content

05:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı
Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 02.08.2018

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi həvəskarları qarşısında bu dəfə festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin Janna Qandelman (violin, İsrail), Annel Greqori (violin, ABŞ), Olqa Yermakova (piano) və Şükür Səmədov (klarnet) çıxış ediblər. Konsertdə Sergey Raxmaninovun “Romans lya-minor”, Anton Rubinşteynin “Violin və fortepiano üçün 3 nömrəli sonata”, Reynqold Qilerin “Violin və violonçel üçün 8 duet”, İohannes Bramsın “Klarnet, violonçel və fortepiano üçün trio” əsərləri səsləndirilib.