Alternative content

10:48 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda heç bir vətəndaş dininə, inancına görə təqib olunmur
Azərbaycanda heç bir vətəndaş dininə, inancına görə təqib olunmur
ANA SƏHİFƏ / SİYASƏT
12:08 02.08.2018

 

Dövlətçilik üçün təhlükə yaradan radikal qüvvələrə qarşı ciddi addımların atılması vacibdir

 

Əsrlər boyu Azərbaycandakı tolerant, multikultural mühit, bütün sahələrdə əldə olunan uğurlar ölkəmizi istəməyən bəzi qüvvələri ciddi şəkildə narahat edib. Antiazərbaycançı şəbəkə bu mühiti pozmaq, ölkəni xaosa sürükləmək və Azərbaycanı asılı vəziyyətə salmaq üçün dəfələrlə çirkin kampaniyalara əl atıb məkrli niyyətini gerçəkləşdirməyə çalışıb.
Son günlər isə bu qüvvələr sosial şəbəkələrdə yaman “aktivləşiblər”. Özlərini “dindar” simasında təqdim edən casuslar konkret olaraq antimilli təbliğatla məşğuldurlar. Onlar din pərdəsi altında pozuculuq fəaliyyəti göstərməklə, xüsusən də insanları itaətsizliyə səsləməklə ölkədəki milli birliyi pozmağa çalışırlar. Hətta bəzi radikal “dindarlar” Gəncə hadisələrində əli olan terrorçuların saxlanılmasını dindarların təqib edilməsi kimi “qiymətləndirməyə” cəhd etdilər. Halbuki Gəncədə baş verənlərin qatı cinayət olduğu hər kəsə bəllidir. Dövlət məmuruna qarşı sui-qəsdin təşkil olunması, ardınca asayiş keşikçilərinin qətlə yetirilməsi birmənalı şəkildə terror hadisəsidir.
Din xadimləri, siyasətçilər də hesab edirlər ki, tarixin bütün dövrlərində Azərbaycanda din xalqın milli birliyinin simvolu olduğu üçün müxtəlif dairələrdən, ölkələrdən təlimat alan radikal “dindar”lar bunu pozmağa çalışıb. Məhz bu baxımdan törədilən cinayət qanunauyğun şəkildə qiymətləndirildi və təqsirkarlarla bağlı zəruri tədbir görüldü. Əlbəttə, Azərbaycana düşmən olan dairələrin bu istiqamətdə fəaliyyət göstərmələri təəccüblü deyil. Çünki onların hədəfi ölkədə sabitliyi pozmaq, Azərbaycanın müxtəlif istiqamətlərdə nail olduğu inkişafa zərbə vurmaqdır. Ən əsası isə tarix boyu qoruyub saxladığımız tolerantlıq mühitini zədələməkdir.
Amma siyasətçilərin fikrincə, nə qədər ki, Azərbaycanda mövcud ictimai-siyasi sabitlik var, milli, dini və etnik tolerant mühiti mövcuddur, heç bir qüvvə ölkəmizə ziyan vura bilməz.
Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır. Deputatın sözlərinə görə, həmin şəxslər Azərbaycanda dini vəziyyətdən və dindarlara yaradılan şəraitdən xəbərsiz olan radikallardır: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından indiki dövrə qədər nəzər salsaq görərik ki, nə qədər böyük işlər görülüb. Azərbaycanda yüzlərlə yeni məscidin tikilməsini, həmçinin başqa dinlərə sitayiş edən millətlərin nümayəndələrinə şərait yaradılmasını, Azərbaycanda yaşayan xristianlar üçün kilsələr, yəhudilər üçün sinaqoqların inşasını görməmək mümkün deyil. Azərbaycanda dini təhsilin inkişafı üçün bütün şərait yaradılıb. Din xadimlərinə dövlət tərəfindən ən yüksək diqqət göstərilir. Azərbaycanda heç bir dindar, heç bir din xadimi sıxışdırılmır. Heç bir vətəndaş dininə, inancına görə təqib olunmur. Deməli, radikalların dedikləri absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır”.
Deputat hesab edir ki, həmin şəxslər din adından sui-istifadə etməklə dövlətə qarşı hərəkət edirlər. Ona görə də qanun qarşısında cavab verməlidirlər. Hətta bəzi şəxslər Gəncə hadisələrində əli olanların saxlanılmasını dindarların təqib edilməsi kimi “qiymətləndiriblər”. Ancaq Gəncədə baş verənlərin nə olduğunu hər kəs yaxşı bilir. Burada dövlət məmuruna qarşı sui-qəsd təşkil olunub, sonra da asayiş keşikçiləri qətlə yetirilib. Bu, konkret cinayətdir. Dövlət də bu cinayəti qanunauyğun şəkildə qiymətləndirib və təqsirkarlarla bağlı qanuni tədbir görüb: “Bu hadisələrdə hər zaman olduğu kimi, Azərbaycan xalqı birlik nümayiş etdirərək antimilli ünsürlərə layiqli cavab verdi. Son günlər sosial şəbəkələrdə “aktivləşən” radikal dindarlara qarşı da xalq öz kəskin münasibətini ortaya qoyub”.
Milli Məclisin deputatı Fazil Mustafa isə deyir ki, Azərbaycanda dindarlar heç bir problem yaşamır. Radikal meyilli, xurafat, cəhaləti yayan “dindar”lar problemlə qarşılaşa bilərlər. Onlar isə dindar hesab edilmir.
Deputat əlavə edib ki, dövlətçilik üçün təhlükə yaradan radikal qüvvələrə qarşı dövlət tərəfindən addımların atılması labüddür: “Dini təhrif edən, dini hörmətdən salan qrup və şəxslərə qarşı dövlət tərəfindən müəyyən addımların atılması vacibdir. Normal ibadətini edən, siyasətə qarışmayan insanların Azərbaycanda hər hansı problem yaşadığını düşünmürəm. Din vicdan məsələsidir və hər kəsin vicdan azadlığı var. Vicdanını bıçaq tiyəsi və ya güllə ilə təqdim etməyə çalışanın dindar və ya nə cür adlandırılmasından asılı olmayaraq, onun əməli terrorçuluqdur. Buna qarşı da ciddi mübarizə aparılmalıdır”.
Deputatın fikrincə, təəssüf ki, özünü dindar kimliyinə bürümüş bir çox insan xüsusi xarici xidmət orqanlarına işləyir. Bu da dövlət üçün təhlükə yaradırsa, dövlət buna qarşı addımlar atmağa borcludur: “Ölkəmizdə dindarların böyük bir qismi normal ibadətlə məşğuldur. Kiçik bir qisim hər hansı formada cəmiyyəti qorxutmaq, xof yaratmaq üçün öz oyunlarına din pərdəsi çəkmək istəyirlər. Məsələn, kiminsə geyimi, davranışı və ya sosial şəbəkədə çağırış, təhdidləri ilə müəyyən problemlər yaradırlar. Bu məsələdə dövlətin atdığı addımlar normaldır və bunu dindara qarşı kampaniya kimi dəyərləndirmək olmaz. Hər hansı inancı olan insanlara dövlət həmişə şərait yradıb”.
F.Mustafa onu da əlavə etdi ki, Azərbaycanda məscidlərin sayı kifayət qədərdir, ən böyük məscid Heydər məscidi bir neçə il əvvəl fəaliyyətə başlayıb. Hər kəs məsciddə ibadətini edə bilir. Kiminsə cümə namazına nə üçün gəldiyini və ya hansı mənsəbdən olduğunu soruşan yoxdur: “Kimsə küçədə özünü döyərək din adı altında qorxu yaratmağa çalışırsa, insanlara problem yaradırsa, teatral formada asayişi pozursa, insanların davranışına mənfi təsir edirsə, onlara qarşı müvafiq addımlar atılmalıdır. Lakin digər hallarda Azərbaycanda dini fəaliyyətə qarşı məhdudiyyət müşahidə edilmir”.
Bu, bir həqiqətdir ki, hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma olmayıb. Dinin, din xadimlərinin hansısa formada sıxışdırılmasından söhbət belə gedə bilməz. Radikal “dindarlar” da bilməlidirlər ki, Azərbaycana qarşı bu cür cılız, məkrli planlar keçməz və ölkədəki ictimai-siyasi sabitliyi heç bir qüvvə poza bilməz.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM