Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:13 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Göygöl rayonu bu qədər gözəl və yaraşıqlı olmamışdı
Göygöl rayonu bu qədər gözəl və yaraşıqlı olmamışdı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 02.08.2018

 

İndi Göygöl rayonunun hansı bölgəsinə üz tutsan, insanların əkin sahələrində çalışdığını görərsən. Kimi çuğundur sahəsində, kimi üzüm bağında, kimi də bostan məhsullarının yığımında çalışır. Ucsuz-bucaqsız əkin sahələrinə baxdıqca insan əməyinin nələrə qadir olduğunun şahidi olursan.

Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən Göygöl şəhərinin özü də sanki təbiət qoynunda bir muzeydir. 1819-cu ildə almanlar tərəfindən Helenendorf adı altında salınmış bu şəhərdə 56 ailə yaşamış, alman memarlığı üslubunda evlər tikilmiş, 6 küçəsi olmuşdur. İndi bu küçələrdə addımladıqca və bərpa edilərək əvvəlki görkəminə salınan evlərə baxdıqca ölkəmizin nə qədər multikultural dəyərlərə malik olduğunu bir daha yəqin edirsən. Nizamla salınmış küçələrdə alman milli arxitekturası əsasında yenidən qurulmuş evlər göz oxşayır. Rayonun tarixi keçmişinə hörmətlə yanaşan rayon rəhbərliyi yenidənqurma işləri apararkən milli-mənəvi dəyərlərə də hörmətlə yanaşır. Yeni obyektlər tikilərkən, köhnə binalar bərpa edilərkən bu dəyərlər nəzərə alınır və şəhərin arxitekturasına xələl gətirməmək üçün yüz ölçülüb, bir biçilir. İndi Göygöl rayonunda elə bir küçə tapmaq çətindir ki, asfalt salınmasın.

Bir sözlə, Göygöl rayonu hələ bu qədər gözəl və yaraşıqlı olmamışdı. Aparılan yenidənqurma və abadlıq işləri indi də davam etdirilir. İnsanlar onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıq edir, müstəqil dövlətimizin bundan sonra da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini dilə gətirirlər.

Cari ilin ötən 6 ayı da rayonda abadlıq və quruculuq dövrü kimi yadda qaldı. Bu müddət ərzində istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq və quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Ən çox diqqət əhalini narahat edən sahələrə yönəldilmiş, uzun illərdən bəri problem kimi qalan məsələlər öz həllini tapmışdır. Şəhərin Fərman Kərimzadə küçəsində və Qızılqaya qəsəbəsində yerləşən çoxmənzilli binaların 5-nin dam örtüyü dəyişdirilmiş, 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən ikimərtəbəli binaların fasad hissələri tamamilə yenilənmişdir. 3 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən, uzunluğu 18 kilometr olan Bakı-Qazax magistral avtomobil yolunun 353-cü kilometrliyindən Çaylı-Pənahlılar-Dozular kəndlərinə gedən yola asfalt örtük salınmışdır. Göygöl-Aşıqlı-Hacıkənd-Mixaylovka-Yeni Zod-Toğana-Göygöl avtomobil yolu isə əsaslı şəkildə yenidən qurulur, rayonun digər kənd və qəsəbələrində abadlıq işləri davam etdirilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə istifadə edilməsinə, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət də xeyli gücləndirilmişdir. Bunun da nəticəsində rayonda kənd təsərrüfatı məhsulları  istehsalçılarının sayı 2741 nəfərə çatmışdır. Onlar dövlətin göstərdiyi dəstəkdən yararlanaraq bol məhsul istehsalında əllərindən gələni əsirgəmirlər. Keçən il  istehsalçılara yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 1 milyon 129,1 min manat yardım verilmişdir. Bu il isə yanacaq və motor yağlarına, buğda əkininə görə 1492 istehsalçıya 632,3 min manat, şəkər çuğundurunun əkininə görə 79 istehsalçıya 69,9 min manat yardım verilməsi nəzərdə tutulmuşdur.

Heyvandarlıq sahəsində də yüksək göstəricilərə nail olmaq üçün bir sıra işlər həyata keçirilmişdir. Məsələn, bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 7 baş cins mal-qara satılmış, 446 baş mal-qara süni yolla mayalandırılmış, 200 baş bala alınmış, doğulan hər balaya görə 100 manat subsidiya ödənilmişdir.

Əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ötrü su mənbələri də nəzarətdə saxlanılır. 107 ədəd subartezian quyusunda cari, dördündə əsaslı təmir işləri aparılmışdır. Qapalı boru şəbəkəsinin 2 kilometr, beton kanalların 5 kilometr hissəsi təmir edilmiş, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında təmizləmə işləri görülmüşdür. Qızılqaya və Hacıməlik qəsəbələrində, Yeni Qızılca və Balçılı kəndlərində subartezian quyularının qazılması istiqamətində isə işlər davam etdirilir.

Rayonda sahibkarlığın inkişafına yaradılmış münbit şərait nəticəsində hüquqi şəxslərin sayı 572-yə çatmışdır. Onların 13 nəfərinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 127 min manat məbləğində güzəştli kredit verilmişdir. Nəticədə yaradılan yeni istehsal sahələri hesabına cari ilin 6 ayında 445 yeni iş yeri açılmışdır ki, onun da 245-i daimidir. 

Rayonun yarıdan çox hissəsi dağlıq ərazidə yerləşdiyindən əhalinin qaz və elektrik enerjisi ilə təminatının daim diqqət mərkəzində saxlanılmasını tələb edir. Xüsusilə qış aylarında rayon əhalisinin elektrik enerjisi və mavi yanacaqla təminatının davamlı olmasını təmin etmək üçün hazırlıq işlərinə ciddi nəzarət olunur. Cari ilin ötən ayları ərzində də bu sahədə istismara yararsız olan avadanlıqlar yeniləri ilə əvəz edilmişdir. Başqa sözlə, 88 min 415 manat dəyərində təmir-bərpa işləri görülmüş, 32  transformator təmir edilmiş, 5 kilometr uzunluğunda elektrik naqili dəyişdirilmiş, köhnə elektrik dayaqları yeniləri ilə əvəz olunmuşdur.

Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 62 qaztənzimləyici şkaf və 325 siyirtmə əsaslı təmir edilmiş, Qızılca və Yeni Qızılca kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilmiş, 734 qaz sayğacı quraşdırılmışdır. Hazırda rayonun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir. Yaxın günlərdə Kərəmli və Şəhriyar kəndlərinə qaz xətlərinin çəkilişi başa çatdırılacaqdır.

Rayonda əhali arasında idmanın kütləviliyinə də diqqət xeyli artırılmışdır. İdmana göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər Göygöl idmançıları həm respublika, həm də beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Məsələn, taekvondo idman növü üzrə respublika çempionatında Göygöl rayon sakini Elvarə Cəlilova 1-ci, Elxan Yusibov 2-ci, Jalə Kazımova 3-cü yerə çıxmışlar. 

Yeniyetmə və gənclərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, istedadlı gənclərin üzə çıxarılması və onların hərtərəfli inkişaf etdirilməsi istiqamətində rayonda 17 yerli, 30 respublika əhəmiyyətli idman tədbirləri keçirilmişdir.

Məlum olduğu kimi, Göygöl rayonu turizm üçün də əlverişli şəraitə malikdir. Bunu nəzərə alan rayon rəhbərliyi yeni istirahət mərkəzlərinin yaradılması üçün iş adamları ilə daim danışıqlar aparır. Göygölə ən çox maraq göstərən xarici turistlər arasında almanlar çoxluq təşkil edir. Hər il minlərlə alman turisti rayona səfər edib vaxtilə ata-babalarının yaşadıqları ərazilərlə tanış olurlar. Almanların Göygölə dostluq səfərləri də təşkil edilir. Elə bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə rayonda daha bir görüş keçirilmişdir. Görüşdə çıxış edən Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva-Maria Aux əməkdaşlığı genişləndirmək üçün maraqlı təkliflər irəli sürmüşdür. Görüşdən sonra rayonda “Turistik yol göstəricilərinin quraşdırılması” layihəsinin açılışı olmuşdur.

Rayonda yaşıl turizmin inkişaf etdirilməsi istiqamətində də işlər aparılır. Belə ki, rayonun səfalı guşələrində yerləşən kəndlərin inkişafı diqqətdə saxlanılır, infrastukturun yenilənməsi həm daxili, həm də xarici turistlərin bölgəyə marağını artırır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM