Alternative content

12:09 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil
Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:08 01.08.2018

 

Dövlət Gömrük Komitəsi avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara münasibət bildirib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, avqustun 1-də “Sınıq Körpü” gömrük postunda sərnişinlərin və nəqliyyat vasitələrinin sıxlığı, ümumiyyətlə, müşahidə olunmayıb. Yayılan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı, həm də qərəz xarakterlidir. Belə ki, Dövlət Gömrük Komitəsi adıçəkilən gömrük postundakı vəziyyətlə bağlı mütəmadi olaraq həm komitənin rəsmi internet səhifəsi, həm də müxtəlif media orqanları vasitəsilə məlumatlar yayır və kütləvi informasiya vasitələrinin bu istiqamətdəki sorğuları da operativ şəkildə cavablandırılır. Sözügedən məlumatı yayan media qurumlarından isə komitənin mətbuat xidmətinə hər hansı sorğu daxil olmayıb. Bu da məlumatın qərəzli şəkildə yayımlandığına dair əsaslı şübhələr yaradır.

Məlumata əlavə edilən fotolar gömrük-sərhəd keçid məntəqəsinin qarşısında çəkilib və həmin ərazi gömrük nəzarət zonasına aid deyil.

Gömrük-keçid məntəqəsində qısamüddətli nisbi sıxlıqların müşahidə edilməsi təbii haldır. Belə ki, eyni anda bir neçə sərnişin avtobusunun məntəqə ərazisinə daxil olması, eyni anda yüzlərlə sərnişinin əl yükləri və müşayiət olunan baqajları üzərində gömrük nəzarətinin həyata keçirilməsi zərurətini yaradır ki, bu da gömrük nəzarəti zonasında nisbi sıxlığın yaranmasına səbəb ola bilər. Lakin gömrük əməkdaşlarının dərhal həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində qısa zaman kəsiyində problem həllini tapır. Qeyd edək ki, bu cür qısamüddətli sıxlıqlar dünyanın ən inkişaf etmiş ölkələrinin gömrük-keçid məntəqələrində, hətta beynəlxalq hava limanlarında belə müşahidə olunur.