01 Avqust 2018 10:08
359
Mədəniyyət
A- A+

Qəbələ festivalı çərçivəsində Kubanın “Jovanes Clasicos Del Son” qrupunun konserti böyük maraqla qarşılanıb

Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü, avqustun 1-də axşam Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə tamaşaçılara Kubanın “Jovanes Clasicos Del Son” qrupunun konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl “Jovenes Clasicos Del Son” qrupu haqqında məlumat verilib. Bildirilib ki, qrupun əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət qrup Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər. Onlar ənənəvi musiqini pozmadan ona müasir toxunuş əlavə ediblər. Qrup Kuba musiqisinin pionerlərindən biri kimi tanınmaqla, “Buena Vista Social Club” ənənəsini davam etdirir. Qrupun rəhbəri Ernesto Reyes Proenzadır. Kubada onlar, eyni zamanda, “möhtəşəm yeddilik” kimi də tanınırlar. Musiqi qrupu özünəməxsus səslənmə yaratmaq üçün son, rumba, Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, ənənəvi musiqiyə yeni yanaşma təklif edir. Səhnədə interpretasiya gücü ilə seçilən qrup tanınmış caz festivallarında minlərlə insanı rəqsə sövq etməyə qadirdir.

Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan “Jovenes Clasicos Del Son” qrupunun möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb.

Festivalın proqramına uyğun olaraq, avqustun 2-də axşam saat 18:00-da musiqisevərlərə Multipiano musiqisi axşamı, 21:00-da isə muğam axşamı təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video