01 Avqust 2018 05:08
151
DÜNYA
A- A+

S.Lavrov: Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin bəyanatları ilə üst-üstə düşmür

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin bəyanatları ilə üst-üstə düşmür.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsi ətrafında yaranmış vəziyyəti şərh edən Rusiya xarici siyasət idarəsinin rəhbəri Moskvanın həmişə bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.

Ermənistanın yeni rəhbərliyinin siyasətini tənqid edən S.Lavrov deyib: “Orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal fəaliyyəti məsələləri nöqteyi-nəzərindən gedən proseslər bizi narahat etməyə bilməz”.

S.Lavrov deyib ki, son günlər Rusiya tərəfi bir neçə dəfə öz narahatlığını Ermənistan rəhbərliyinə çatdırıb. O, ümidvar olduğunu bildirib ki, vəziyyət “hər halda konstruktiv məcrada davam edəcək”.

Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu ilin mayında Ermənistanda baş verən siyasi böhran zamanı Moskvada məmnunluqla qeyd edirdilər ki, bütün siyasi partiyaların iştirakı ilə kompromis əldə olunub və ölkənin yeni rəhbərliyi milli həmrəyliyi möhkəmləndirməkdə davam edəcək. “Lakin son günlər baş verən hadisələr bu müsbət proqnozları açıq-aşkar yox edir və Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatlara tamamilə ziddir”, - deyə S.Lavrov sözlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video