01 Avqust 2018 05:08
105
DÜNYA
A- A+

Əfqanıstanda İŞİD özəyinin başçısı və 200 terrorçu təslim oldu

İŞİD terrorçu qruplaşmasının regional özəyinin başçısı Mövləvi Həbib Rəhman və 200-ə yaxın silahlı Əfqanıstanın şimalında hökumət qoşunlarına təslim olmuşlar. Bu barədə “Pajhwok” agentliyi xəbər verir.

“Sinxua” agentliyinin xəbərinə görə, terrorçular silahlarını və döyüş sursatlarını Cauzcan əyalətinin Dərzab rayonunda hakimiyyət orqanlarına təhvil vermişlər.
Bildirilir ki, ötən ayın 27-də Əfqanıstan təhlükəsizlik qüvvələrinin Cauzcan və Nənqərhar əyalətlərində keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-lə əlaqəsi olan azı 14 silahlı məhv edilmiş, 20-si könüllü olaraq silahı yerə qoymuşdur.
Son iki həftə ərzində Dərzabda “Taliban” radikal hərəkatının və İŞİD-in silahlıları arasında qanlı toqquşmalar baş vermişdir. Nəticədə hər iki tərəfdən 300 nəfərədək adam həlak olmuşdur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video