Alternative content

06:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Adidas” İranla əməkdaşlığı dayandırır
“Adidas” İranla əməkdaşlığı dayandırır
ANA SƏHİFƏ / DÜNYA
05:08 01.08.2018

Almaniyanın “Adidas” şirkəti İran Futbol Federasiyası ilə əməkdaşlığı dayandırır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Şirkətin bəyanatında deyilir ki, “hazırkı şəraitə uyğun olaraq, planlaşdırıldığı kimi, kommersiya sazişi 2018-ci ilin dekabrında qüvvədən düşəcək”.
Bundan əvvəl İranın “İsna” informasiya agentliyi şirkətdən futbol federasiyasının ünvanına daxil olmuş məktuba istinadən bildirmişdi ki, “Adidas”ın qərarı ABŞ-ın sanksiyaları ilə əlaqədardır. Əməkdaşlığın dayandırılması “Adidas”a ABŞ-da öz fəaliyyətini davam etdirməyə imkan verəcək.
Şirkətin nümayəndələri şərh verməkdən imtina etmişlər.
Xatırladaq ki, bundan əvvəl ABŞ-la İran arasında gərginliyin artması üzündən Amerikanın idman malları istehsalçısı olan “Nike” şirkəti və Avropanın bir sıra firmaları Tehranla əməkdaşlığı dayandırmışdır.