Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ”–“Kukesi” oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
“Qarabağ”–“Kukesi” oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək
ANA SƏHİFƏ / İDMAN
03:08 01.08.2018

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” bu gün Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da canlı yayımlanacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona Miroslav Benko, Erik Veiss kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Hrçka yerinə yetirəcək.