Alternative content

07:48 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarı ziyarət edilib
Milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarı ziyarət edilib
ANA SƏHİFƏ / Mədəniyyət
03:08 01.08.2018

Ölkəmizdə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu ilə həm də, kino işçiləri üçün ikiqat bayramdır. Belə ki, bu il Azərbaycan kinosunun yaradılmasının120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə avqustun 1-də C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının kollektivi Fəxri xiyabana gələrək tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarını ziyarət edib, abidələri önünə tər güllər düzüblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM