Alternative content

23:22 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elman Rüstəmov: Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq
Elman Rüstəmov: Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 01.08.2018

Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı qərarının inflyasiyaya təsiri minimal olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Mərkəzi Bankın sədri deyib: "Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Düşünmürük ki, bu qərar bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8 faiz) kənarlaşdıra bilər. Hesab edirik ki, təsiri çox minimal olacaq. İnflyasiyanın əsas amili məzənnə sabitliyidi. Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Eyni zamanda, pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb”.