01 Avqust 2018 02:08
476
Səhiyyə
A- A+

Erkən yaşlarında üzgüçülüklə məşğul olmaq bir sıra xəstəliklərin qarşısını alır

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir. Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb.

AZƏRTAC xəbər verir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir.

İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır.

Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir.

Hovuzda suyun temperaturu 37 dərəcə olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, 6 yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya 1 saat məşq etmək məsləhət görülür.

Üzgüçülük müxtəlif xəstəliklərin müalicəsində də tətbiq edilir. Müalicə müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Onurğa əyriliyi olan uşaqlarda bu müalicə illər boyu davam edir.

Onu da qeyd etmək lazımdır ki, açıq yaralar, göz patologiyaları, infeksion və mərkəzi sinir sistemi xəstəlikləri zamanı üzgüçülük əks göstəriş olaraq qəbul olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video